"Həyata keçirilən islahatlar üçün stabillik vacib faktordur" ÖZƏL-ŞƏRH

"Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin, reallaşdırdığı islahatların əsasında hər bir Azərbaycan vətəndaşının xoşbəxt, firavan, təmin olunmuş yaşayışını təmin etmək dayanır. Bu xoşbəxtliyin miqyası əlbətdə ki, təkcə iqtisadi problemlərin həll olunması, geniş infrastruktur demək deyil, insanların yaxşı təhsil almalarından, keyfiyyətli səhiyyə xidmətləri ilə təmin edilməsindən, sağlam ərzaqla təchiz edilməsinədək bütün parametrləri ilə mükəmməl bir həyat deməkdir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə. Azərbaycan insanının asudə vaxtının təşkili üçün turizm resursları inkişaf etdirilir, sağlam həyat tərzinin reallaşdırılması məqsədilə bütün regionlarda ən müasir idman kompleksləri insanların istifadəsindədir: "Hər bir rayonda ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş müasir tibbi mərkəzlər və xəstəxanalar tikilib. Üç min beş yüzdən çox yeni məktəb tikilmiş və əsaslı təmir olunub. Yeni və rahat yollar, kommunikasiyalar, artıq ən ucqar kəndləri, hətta sovet dövründə belə gediş-gəliş mümkünsüz olan məntəqələri əlçatan edib. Heç zaman məktəblər olmayan yaşayış məntəqələrində yeni məktəblər inşa edilib və edilməkdədir, heç zaman elekrtik olmayan obalarımıza artıq işıqlar çəkilmişdir, qazlaşdırmanın miqyası genişlənib. Sosial sahədə dövlət vətəndaşına ən mükəmməl xidməti həyata keçirir, yeni ASAN və DOST mərkəzləri insanlarımıza dünyanın ən inkişaf etmiş dövlətlərindən geri qalmayan nümunəvi xidmət göstərməkdədir.

Azərbaycan siyasi cəhətdən stabil dövlətlərdəndir və həyata keçirilən islahatlar üçün bu stabillik vacib faktordur. FAO-nun hesabatına görə yoxsulluğun iki dəfə azaldılmasına görə dövlətimiz 18-ci pillədə mövqe tutmaqdadır. Yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı istiqamətində, vergi və gömrük sahələrində reallaşdırılan addımlar dövlət rəhbərimizin adı ilə bağlıdır. Müasir texnikalarla təchiz olunmuş modern ordu quruculuğu prosesi dövlətimizin, vətəndaşımızın müdafiəsi naminədir və ölkəmizin gücünün göstəricisidir. Əlbətdə güclü iqtisadiyyat olmadan bütün bunları reallaşdırmaq mümkün deyildi. Və bir daha görünür ki, Azərbaycan insanı naminə qurulan güclü iqtisadiyyatın, dayanıqlı inkişafın hədəfləri düzgün müəyyənləşdirilmişdir.

Dövlət rəhbərimiz regionlarda insanlarla görüşür, onları dinləyir, arzu və istəklərini, problemlərini öyrənir, Prezident Adminstrasiyasıının məsul şəxslərini, mərkəzi icra hakimiyyətinin rəhbərlərini insanların görüşünə göndərir və problemlərin yerindəcə həll olunmasını təmin edir. Həyata keçirilən islahatlar, ölkə başçımızın iradəsi yalnız ona yönəlib ki, Azərbaycan təkcə regionda, keçmiş post sovet məkanında deyil, Avropada və dünyada ən firavan dövlətlərdən biri olsun və insanlarımız daha da yaxşı yaşasınlar.

Təkcə dünən Prezident İlham Əliyevin imzaladığı sərəncam növbəti sosial paket olaraq iki milyon nəfəri əhatə edəcəkdir ki, bu da bir başa əməkhaqqı artımında özünü göstərəcəkdir. Əlbətdə müdrik xalqımız dövlətin ona yönəlmiş addımlarının fərqindədir və başa düşür ki, onun taleyi etibarlı əllərdədir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...