Amerika siyasəti qondarma respublika ilə əlaqədar maraqlı deyil

"California Courier" in naşiri və redaktoru Arut Sasunyan hesab edir ki, Amerika siyasəti qondarma respublika ilə əlaqədar maraqlı deyil. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus tert.am saytında məlumat yayımlanıb.

Məlumata əsasən, Arut Sasunyan tert.am-a müsahibəsində belə bir fikir ifadə edib ki, Mnasakanyanla Məmmədyarovun Vaşinqtonda görüşünün təşkil edilməsini münaqişənin nizama salınmasında aktivlik göstərilməsi hesab etmir.
"ABŞ-ın gündəmində Şimali Koreya, Çin, Rusiya, Suriya və Türkiyəyə aid suallar var və yalnız bunlar prioritet sayılır. Hesab etmirəm ki, bu prioritetlər dəyişib. Vaşinqtonda keçirilən görüş növbəti bir görüşdür və sadəcə bu dəfə ABŞ-dadır",- deyə o bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...