Təhmasib Novruzov: “Müxalifətə puldan-zadan verib qışqırdırlar” RƏY-ÖZƏL

“Ümumiyyətlə, bu adamlar şəxsiyyəti, mənliyi olmayan adamlardır”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, şəxsiyyəti, mənliyi olmayan adamlarda cəmiyyət, ictimaiyyət qarşısında bu gün döyüşər söyüşər, sabah öpüşər görüşər və belə adamlar üçün qətiyyət, prinsipiallıq deyilən bir şey yoxdur: “Bu məsələnin bir tərəfi, digər tərəfdən bunların hamısı eyni mərkəzdən idarə olunan qüvvələrdir. Yəni Qərb tərəfindən nə göstəriş verilirsə, o göstərişə də əməl etməyə məcburdurlar. Çünki onların maliyyələri həmin xarici qüvvələrdən gəlir. Bir sözlə, bunlara maliyyə buraxan şəxslərin tapşırığından, göstərişindən kənara çəkilə bilməzlər. Məlum olan odur ki, lazım gələndə bunları bir-biri ilə dalaşdırırlar, lazım gələndə də hər ikisinə göstəriş verirlər ki, birləşin bir yerdə hansısa tədbiri keçirin. Bunlarında xaricdən gələn həmin göstərişi keçirməməyə ixtiyarları yoxdur. Ümumiyyətlə, elə arasında gözəl bir məsəl var, dəliyə yel, əlinə bel ver. Əlbəttə bunları Koroğlunun dəliləri ilə müqayisə etmirik, burada söhbət Koroğlu dəlilərindən getmir. Birbaşa məhz tibbi nöqteyi nəzərdən 9b dəlilərindən söhbət gedir ki, bunlar 9b-dilər. Yəni bunların yellərini, havalarını da Qərbdən ermənipərəst qüvvələr verirlər. Bunlara yel verir əllərinə bel verirlər, yəni puldan-zadan verib qışqırdırlar. Xarici qüvvələrdə öz məkrli məqsədlərinə çatmaqdan ötürü bunlardan bir vasitə kimi istifadə edirlər. Ona görə də, bunların şərəfsiz addımlar atmaları gözləniləndir. Burada da təəccüblü heç nə yoxdur. Ümumiyyətlə, heç zaman nə xarici, nə də ki, daxili qüvvələrin ölkəmizlə bağlı məkrli planları baş tutmayacaqdır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə