Paşinyan hesablaşmaq məcburiyyətində

Samvel Karapetyan Kremldən Paşinyana xəbər gətirib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, "İrates" qəzetində dərc olunan məlumata görə, Samvel Karapetyanla görüş Nikol Paşinyanda bir çox təəssüratlar yaradıb. Məlumata görə, əvvəlcə elə düşünülürmüş ki, Samvel Karapetyan Ermənistana yeni iqtisadi proqramlar barədə danışmağa, Rusiya kapitalını bu ölkəyə yönəltməyə gəlir. Amma nəşrin informasiyasına görə məlum olub ki, S.Karapetyan N.Paşinyana Kremldən xəbərlər gətirib.

Qəzet yazır ki, Samvel Karapetyan səfir olaraq gəldi və Rusiyanın seçdiyi elitanın bəzi fikirlərini çatdırdı və Paşinyan istəsə də, istəməsə də, bununla hesablaşmalıdır. Bu, həm siyasi, həm də iqtisadi aspektlərə aiddir.
Qeyd edək ki, qəzetin yazdığına görə, Samvel Karapetyanın Nikol Pashinyanla görüşü Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda gözlənilən görüşdən bir neçə gün əvvəl baş tutub və bəlkə də onun gətirdiyi xəbər də bununla bağlı idi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə