Fransadan ermənilərə tərs şillə TƏHLİL

Ermənilərə növbəti dəfə zərbənin Fransanın Qrenobl şəhərindən gəlməsi heç də sıradan bir hadisə deyil və bu bütövlükdə erməni cəmiyyəti üçün çox ciddi məsələ hesab olunur. İndi bütün dünya ictimaiyyətinin diqqətini cəlb edən bu hadisə erməni lobbisinin, ələlxüsus Fransada özünə əməlli başlı yer eləmiş erməni diasporunun laxmalasını, imkanlarının itirilməsini təsdiq edən fakt kimi məhz diqqət mərkəzindədir.

Əslində, Ermənistan və onun mövcudluğu haqqında düşünərkən göz önünə və ağıla ilk öncə erməni diasporları, lobbiləri və ölkə hüdudlarından xaricdə özünə yer eləmiş erməni birlikləri gəlir. Çünki, nəinki istehsalı, emalı, ümumiyyətlə heç bir məşğuliyyəti olmayan Ermənistanın varlığı bu birliklərin əldə etdiyi, daha doğrusu qopardığı iyanələrdən birbaşa asılıdır. Belə olan halda erməni diasporunun, lobbisinin imkanlarından məhrum olmasının Ermənistan üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil.

Avropa artıq erməni simasına yaxından bələd olub və özünü çox gözlətməyən reaksiyası da onlara şok yaşadır

Hadisələrin gedişatını izlədikdə bəlli olur ki, artıq işlər heç də erməni birliklərinin ürəyincə getmir və əksinə Qərb indi öz münasibətində kəskin dəyişikləri ilə onlara şok yaşadır. Ötən il Bundestaqdakı “Almaniya üçün alternativ” adlı ermənipərəst sağ radikal fraksiyanın Qarabağ ilə bağlı sorğusuna hökumətin, həmin ərazilər Azərbaycana məxsusdur, cavabı ermənilər üçün yetərincə ağır zərbə hesab olunur desək yanılmarıq. Çünki, dəstək əvəzinə bunun əksini görən işğalçılar üçün bu cavab onların yerinə oturdulması demək idi və özləri də bunu yaxşı başa düşürlər.
Bir az daha diqqətlə yanaşdıqda bəlli olur ki, Avropa artıq erməni simasına yaxından bələd olub və reaksiyası da özünü çox gözlətməyib. Məsələn, İspaniyada və Almaniyada ötən il erməni mafiyasına qarşı keçirilən ardıcıl əməliyyatlardan sonra bu toplumun əsl siması bir daha üzə çıxdı. Bu əməliyyatlar nəticəsində erməni kriminalının mahiyyəti növbəti dəfə Avropa üçün əyan oldu ki, yekunda bu öz təsirini ermənilərə olan münasibətdə göstərmiş oldu. Bu isə öz növbəsində erməni kriminalı ilə daha yaxından tanış olan Avropada ermənilərin dayaqlarının əməlli başılı zəifləməsi anlamına gəlir. Əbəs yerə deyil ki, artıq bu da öz məntiqi nəticələrini göstərməkdədir.
Məsələ burasındadır ki, erməni diasporu heç Amerikada da əvvəlki durumda deyil. Bu diaspor özü belə həmin ölkədə maliyyə sıxıntısı keçirdiyini gizlətmir və açıq-aşkar etiraf da edir. Etiraf edir ki, dünyanın ən fövqəl dövləti olan Amerikada indi artıq istədiyi vəsaiti, arzuladığı məbləği, pulu toplaya bilmir. Artıq ermənilər üçün amerikalılardan vəsait qoparmaq da müşkülə çevrilib. Bunun isə iyanələr hesabına mövcudluğunu qoruyan, dilənçilik strategiyası ilə var olan ermənilər üçün nə demək olduğunu təsəvvürə gətirmək asandır. Həm də xoşdur da. Çünki, əsrlər boyu “it araba kölgəsində yatır, elə bilir öz kölgəsidir” misalında, ermənilər bu kölgədən də məhrum olaraq həqiqətlər qarşısında təslim olmaq məcburiyəti ilə üz-üzə qalıblar. Bir sözlə, son hadisə Fransadan ermənilərə tərs şillə effekti verdi.

Ermənistanın özünü Azərbaycanla müqaisə etməsi onlar üçün acınacaqlı vəziyyəti vəd edirdi və nəticə də göz qabağındadır

Sözsüz ki, Fransada qanunsuz rejimlə imzalanmış 5 xartiyanın ləğv olunmasının əsaslı kökləri olduğuna indi artıq zərrə qədər şübhə yeri yoxdur. Ermənilərin uzun zamandır arxalandıqları Fransada belə bir reallıqla üz-üzə qalmaları əlbəttə ki, təsadüfi ola bilməzdi. Məsələnin əsl mahiyyətini bir sözlə ifadə etməli olsaq, bu vaxta qədər Fransada çox güclü olan ermənilər aciz durumdadırlar və artıq gücsüzdürlər. Təkcə Fransada deyil, bütövlükdə Avropada erməni lobbisinin, erməni birliklərinin imkanlarının sıfıra yaxınlaşması günün reallığıdır və bu reallığın səbələri artıq dünya ictimaiyyəti üçün də sirr deyil.
Ermənilərin, daha dəqiq desək Ermənistanın asılı olduğu erməni diasporlarının, birliklərinin, nəticədə bu işğalçı dövlətin özünün getdikcə belə açiz duruma düşmə səbəbləri müxtəlifdir və yetərincə çoxdur. Bunları bir-bir sadalamaq da çətin deyil, amma ən vaciblərinin üzərində dayanmaq istərdik. Əvvəla, heç də gizli deyil ki, indi köhnə qitə və orada olan ayrı-ayrı dövlətlər Nikol Paşinyanla normal münasibətlər qura bilmirlər. Amerika da bunu istəmir və zərrə qədər də meyl etdiyi duyulmur. Çünki, ermənilərin eyni zamanda həm Rusiyaya, həm də Avropaya, Qərbə meyl etməsi, gah birinə, gah da onunla tam əks qütbdə, mövqedə olan digərinə tərəf getməsi heç birinin xoşuna gəlmir. Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, eyni zamanda həm də Avrasiya İqtisadi Birliyinin üzv olmağa, həmçinin, Avropa Birliyinə can atmaqla, Tərəfdaşlıq Sazişi imzalamaqla və NATO ilə əməkdaşlığı genişləndirməklə Ermənistanın hansı oyunu oynadığı bəlli olur və bu sözsüz ki, heç birinin xoşuna gələ də bilməz.
Əgər Ermənistan Azərbaycan kimi balanslı, çoxşaxəli və tarazlı siyasət aparmaq arzusuna düşübsə belə, yenə də möhkəm yanılır və onların bu yolu seçmələri düzgün olmadığı üçün iflasa da məhkumdur. Ermənilər bilməli idilər ki, bu şəkildə siyasət aparmaq mürəkkəb bir konsepsiya olmaqla onlara müyəssər olacaq deyil və bunu Ermənistandan fərqli olaraq Azərbaycan edə bilər. Çünki, buna onların, hansısa dövlətin əlinə baxan Ermənistanın deyil, Azərbaycanın potensialı, imkanları, düşünülmüş, müstəqil siyasəti şərait yaradır. Amma bu yanlış seçimləri, daha dəqiq desək xülyaları onların, bütövlükdə bütün Ermənistanın əleyhinə çevrildi. Bir az daha dəqiq ifadə etsək, Ermənistanın özünü Azərbaycanla müqaisə etməsi onlar üçün acınacaqlı vəziyyəti vəd edirdi və nəticə də göz qabağındadır.

Azərbaycanın diplomatik qələbələrinin bundan sonra daha çox olacağı, ermənilərin isə məğlubiyyəti günün reallığıdır

İndi artıq Avropa, Qərb, eləcə də bütün dünya çox yaxşı başa düşür ki, Azərbaycan işğalçılıq siyasəti yürüdən, daim iyanələr, yardımlar hesabına dilənçi kökündə yaşayan Ermənistan ilə eyni tərəziyə belə qoyula bilməz. Ermənilərə qarşı münasibətlərin neqativ istiqamətdə kəskin dəyişməsinin isə ən əsas səbəbi elə burur. Ermənilər artıq qəbul və etiraf etmək məcburiyyətindədirlər ki, Azərbaycanın bütün dünya dövlətlərinə təsir imkanları xeyli artıb və bu imkanlar işğalçı dövlətlə müqaisəyə gəlməyəcək dərəcədə çoxdur. Eyni zamanda işğalçılar bilməlidirlər və bilirlər ki, bütün dünya Azərbaycana, onun maraqlarına heç vaxt olmadığı qədər həssaslıqla yanaşır. Bunun da, bu yanaşmanın da əsaslı səbəbləri var və bu səbəblərdən də ən vacib olanlardan biri, hətta birincisi Azərbaycanın Ermənistandan fərqli olaraq faydalı tərəfdaş olmasıdır. Azərbaycan özünün uğurlu siyasəti, əldə etdiyi müvəffəqiyyətləri, inkişafı, eləcə də imkanları, təbii ehtiyatlarından tutmuş strategiyalarına qədər diqqət mərkəzində və maraq dairəsindədir.
Etiraf etmək lazımdır ki, son illərdə Azərbaycanda keçirilən qlobal tədbirlərin, ələlxüsus forumların, beynəlxalq miqyaslı idman yarışlarının diplomatik effekti artıq özünü göstərməkdədir. Bir zaman Azərbaycanda belə qlobal miqyaslı tədbirlərə ağız büzənlər belə fərqinədirlər ki, bu istiqamətdə qoyulan investisiyalar artıq dividentlər gətirməyə başlayıb və siyasi-diplomatik səhədə bunu müşahidə etmək də çətin deyil. Azərbaycan imza atdığı qlobal layihələrə, beynəlxalq yarışlara ev sahibliyinə, ümumiyyətlə inkişaf modelinə, eyni zamanda inkişaf strategiyasının düzgün istiqamətlərinə görə məhz diqqət mərkəzindədir və bu da uğurların açarıdır.
Əslində bütün dünyaya səpələnmiş ermənilərə, erməni lobbilərinə olan bu saymaz münasibət, onların imkanlarının böyük sürətlə aşağı düşməsi elə Azərbaycanın yürütdüyü məqsədyonlü və düzgün seçilmiş siyasətin, ölkəmizin hər bir sahədə əldə etdiyi uğurların məntiqi nəticəsidir. Bir sözlə desək, bu gün ermənilərin dünya miqyasında imkanları heçə enirsə, Fransa kimi ən yaxın hesab etdikləri dünya dövlətlərindən dəstəyi kəsilirsə, Avropada, Qərbdə müdafiəsi istər maddi, istərsə də maddi baxımdan əllərindən alınırsa, bu, Azərbaycanın diplomatik uğuru və qələbəsi kimi dəyərləndirilir. İndi Fransadan başlayan prosesin hələ bundan sonra digər dünya dövlətlərini də əhatə edəcəyini təkzib etmək tamamilə mümkünsüzdür. Fransada ermənilərin bu uğursuzluqları və sözün əsl mənasında diplomatik məğlubiyyətləri ən yaxın zamanda öz məntiqi nəticələrini də göstərəcəyinə şübhə ola bilməz. Azərbaycanın diplomatik qələbələrinin artıq bundan sonra daha çox olacağı, ermənilərin isə məğlubiyyəti günün reallığıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...