Sarkisyan gedir, Levon Ter-Petrosyan gəlir? İDDİA

“Bizim mənbənin məlumatlarına görə, hakim fraksiyanın cəmiyyətlə münasibətlərinin mərhələli şəkildə dəqiqləşdirilməsi barədə qərar qəbul edilib. Xüsusilə birinci mərhələdə Vaqe Qriqoryanın Konstirusiya Məhkəməsinin hakimi vəzifəsinə təyinatı məsələsində”, yazan erməni nəşrinə görə, onun adı birinci prezidentlə sıx bağlıdır deyə xatırladıb.

Qeyd olunub ki, Vaqe Qriqoryanın adı Levon Ter-Petrosyanla bağlı olduğuna görə, onun konstitusiya məhkəməsinə hakimlik təyinatı sonradan Ter-Petrosyanın prezidentlik namizədliyinə müəyyən təsirlərini göstərə bilər. O cümlədən, Armen Sarkisyanın istefası məsələsi də gündəmə çıxarılacaq.

Sonda qeyd olunur ki, məsələ ilə bağlı Ter-Petrosyanın mətbuat katibi Arman Musinyandan təfsilatları öyrənmək istəsələr də, o bununla bağlı hər hansı fikir bildirməyəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...