Slovakiya tarixində ilk qadın prezidentin andiçmə mərasimi keçirilib

Bu gün Slovakiya tarixində ilk qadın dövlət başçısı Zuzana Çaputovanın andiçmə mərasimi keçirilib. SİA Slovakiyanın TASR agentliyinə istinadla xəbər verir ki, Z.Çaputova Slovak Filarmoniyasında parlament üzvlərinin iştirakı ilə keçirilən mərasimdə Konstitusiya Məhkəməsinin sədri İvan Fiaçan qarşısında and içib və bununla da rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, ixtisasca vəkil olan 45 yaşlı Zuzana Çaputova martın 30-da Slovakiyada prezident seçkilərinin ikinci turunda qalib gələrək, bu ölkədə ilk qadın prezident kimi tarixə düşüb.

Z.Çaputova ilk rəsmi səfərini iyunun 20-də Çexiyaya edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə