Orduda məzunlara sertifikatlar təqdim edilib FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün fəaliyyət planına əsasən "Aşpaz hazırlığı kursu"nu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, kursun əsas məqsədi Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində çalışan hərbi aşpazların nəzəri bilik və praktiki bacarıq səviyyələrini artırmaqdır.

Hazırlıq kursunda aşpazlara qidanın düzgün hazırlanması qaydaları, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normaları, texnoloji avadanlıqlardan düzgün istifadə qaydaları, xüsusi geyimin təmizliyi, sanitariya-gigiyena tələblərinə ciddi riayət edilməsi və digər mövzular üzrə dərslər keçirilib.

Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara və mülki işçilərə sertifikatlar təqdim edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...