Azərbaycan qadınları həmişə yüksək səviyyədə təmsil olunublar

101 illik tarixi olan Azərbaycan parlamentinin fəaliyyəti dönəmində Azərbaycan qadınları həmişə yüksək səviyyədə təmsil olunublar. SİA xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Milli Məclisin sədr müavini bildirib ki, bu gün Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse prezident postunda qadınları təmsil edir, dövlətin taleyinə cavabdehlik məsuliyyətini çox böyük dəyanətlə və ləyaqətlə bölüşür və bunun da öhdəsindən çox gözəl gəlir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə