Post-terminalların sayında 16%-dək azalma olub

Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu məsələdə Vergilər Nazirliyi həmkar qurumlarla yaxından çalışır. SİA xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, nağd pul kütləsinin cəmi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb. Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-ci il ilə müqayisədə post-terminalların sayında 16%-dək azalma olub. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 post-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln. 721 min ədəd ödəniş kartı mövcuddur”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə