Əli Kərimili bayrağımızın dalğalanmasından narahatdır… TƏRS BAXIŞ

AXCP sədri əslində bununla nə qədər ucuz, qara qəpiyə satılan siyasi fahişə olduğunu növbəti dəfə isbatlamış oldu

Bugünlərdə xalqımız 15 iyun Milli Qurtuluş Gününü böyük iftixar hissi ilə qeyd etməkdədir. Ölkəmizin müxtəlif yerlərində, hətta ən ucqar bölgələrində, o cümlədən ölkə xaricində yaşayan soydaşlarımız bu fərəhli günü qürurla yaşamaqdadırlar. Xilas, inkişaf, intibah və tərəqqi yolumuzun başlanğıcı olan Milli Qurtuluş reallığı Azərbaycanımızın dünya xəritəsindən silinməməsi, bayrağımızın əbədiyyən dalğalanması faktorunun isbatı, sübutu, gerçəkliyidir və bütün bunlara görə biz – Vətəninin, dövlətinin hər qarşısını sevən azərbaycanlılar Ulu Öndər Heydər Əliyev xilaskarlığına, qətiyyətinə, iradəsinə baş əyirik!

AXC-Müsavat iqtidarı ona görə bu günlərdə dərdə-qəmə düşürlər ki, xalq hakimiyyətə Heydər Əliyevi gətirdi və Onun rəhbərliyi ilə bu ünsürləri siyasi səhnədən süpürüb-atdı!

Təəssüf ki, sapı özümüzdən olan baltalar, adlarını “müxalifət lideri” qoyub, Azərbaycanın dövlətçilik maraqlarını bəlli xarici dairələrə satan, bu vasitə ilə gödənlərini dollduran xainlər də var ki, Milli Qurtuluş Gününə qarşı düşməncəsinə yanaşmalar edir, hətta bu günü bayram edən insanlarımıza, xalqa qarşı barmaqarası baxırlar. Çünki məhz bu gün həmin xainlər hakimiyyətdən qaçdılar, dövlətimizi, xalqımızı tale axarına buraxaraq, son dövrlərin ən böyük xəyanətinə imza atdılar. AXC-Müsavat iqtidarı ona görə bu günlərdə dərdə-qəmə düşürlər ki, xalq hakimiyyətə Heydər Əliyevi gətirdi və Onun rəhbərliyi ilə bu ünsürləri siyasi səhnədən süpürüb-atdı!

Lakin belə bir gündə qürurla dalğalanan, dalğalandırılan üçrəngli bayrağımıza belə dil uzadanlar da var ki, onlardan biri də AXC-Müsavat iqtidarında dövlət müşaviri postunda outran, bu gün AXCP adlı satnıqlar partiyasına sədrlik edən Əli Kərimlidir.

Əli Kərimli bu günlərdə 5 km 100 m uzunluqda Dövlət Bayrağımızı yüksəlldən, çiyinlərində daşıyan general və zabitlərimizə qarşı öz çirkin, şeytançılıq kampaniyasını aparır

Düz 26 ildir ki, hakimiyyətə deyil, məhz xalqa, dövlət maraqlarına qarşı müxalifətçilik, qaragüruhçuluq edən, Azərbaycan dövlətinin və xalqının bütün uğurlarına qara yaxan şərbaz Əli Kərimli bu günlərdə 5 km 100 m uzunluqda Dövlət Bayrağımızı yüksəlldən, çiyinlərində daşıyan general və zabitlərimizə qarşı öz çirkin, şeytançılıq kampaniyasını aparır. Bayrağımızı 5000 nəfər heyətlə çiyinləri üzərində daşıyan oğullarımıza qarşı hətta ermənidən betər düşmən münasibəti sərgiləyən Əli Kərimli əslində bununla nə qədər ucuz, qara qəpiyə satılan siyasi fahişə olduğunu növbəti dəfə isbatlamış oldu. Sosial şəbəkədə klaviatura qəhrəmanlığı xəstəliyinə bulaşmış bu məxluq üçün sadəcə bir bəhanə olmalıdır ki, dərhal həmin ətrafda var-gəl edib, klounluq nümayişi göstərsin. Hətta ona qalsa öz sərsəm sualları ilə bayrağını sevən oğul və qızlarımıza sual edər ki, Dövlət Bayrağına nəyə görə bur qədər hörmət göstərir, onu bu qədər sevir, əziz tutur, dalğalandırırsınız? Ancaq AXCP sədri birdəfəlik anlamalıdır ki, xalq zatən onu və ətrafındakı xainləri rədd edib. O dərk etməlidir ki, Azərbaycan xalqı nəinki Milli Qurtuluş Günündə, eləcə də digər şərəfli tarixlərdə bayrağımızı dalğalandırmaqda, dövlətini, Prezidentini, Ali Baş Komandanını sevməkdə davam edəcək, Qarabağımıza da, İrəvanımıza da bu bayrağı sevən, onun üçün ölümə getməyə hazır olan oğul-qızlarımız sancacaq! Əli Kərimli və onun kimi ünsürlər isə bundan qətiyyən şübhə etməsinlər...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə