Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb. Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat idarəsindən SİA-ya verilən məlumata görə, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş iyunun 20-də Vaşinqton şəhərində keçiriləcək.

Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə