İrəvanda nümayiçilər arasında qarşıdurmalar

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın işi üzrə iclasın keçiriləcəyi Apellyasiya Məhkəməsinin binası qarşısında vəziyyət gərginləşib. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu gərginliyin fonunda Kocaryanın tərəfdarları və əleyhidarları arasında toqquşma baş verib.

Məlumatda qeyd olunur ki, eks-prezidentin tərəfdarları məhkəmənin qərarını ədalətli hesab etdiklərini bəyan edib, bununla yanaşı, Koçaryanın əleyhidarları isə əksini iddia ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə