Ermənistanın 3 ölkə üzrə səfiri ölüb

Ermənistanın Əfqanıstan, Tacikistan və Türkmənistandakı səfiri Qarnik Badalyan iyunun 12-də 61 yaşında ölüb. SİA “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

O, 2018-ci ilin noyabrında Türkmənistana səfir təyin olunub. Bir neçə həftə əvvəl isə Q.Badalyan Ermənistanın Əfqanıstan və Tacikistan üzrə də səfiri təyin edilib. O, əvvəllər Ermənistan Xarici İşlər Nazirliyinin Siyasi proqarmlar üzrə müşaviri vəzifəsində işləyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə