Gələcək həyatımızın böyük başlanğıcı - Milli Qurtuluş Günü

YAP Cəbrayıl rayon təşkilatında 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtmasının xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olduğunu bildirib. Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edən bu tarixi günün gələcək həyatımızın böyük başlanğıcının əsasının qoyulmasında müstəsna rol oynadığını diqqətə çatdırıb.
A.Fərzəliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələr məkanında nəzərəçarpan dönüş yarandı:"Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı".
Tədbirdə rayon Ağsaqallar Şurasının sədri Vaqif Məhərrəmov, ərazi ilk partiya təşkilat sədrləri Nəriman Əsədov və Əsəd Əsədov çıxış ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı. 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu və dövlətçiliyimizi yox olmaq təhlükəsindən qurtardı.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş həkim-kordioloq Rasim Məhərrəmova YAP-ın üzvlük vəsiqəsi təqdim olunub.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...