Paşinyana qarşı məhkəmə prosesi keçirilir

Robert Koçaryanın Nikol Paşinyana qarşı iddiası üzrə məhkəmə prosesi bu günə nəzərdə tutulub. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı mülki iddiası ilə bağlı məhkəmə iclasının bu gün saat 16:30 –da başlayacağı bildirilib.

Xatırladaq ki, Robert Koçaryanın nümayəndəsi Hayk Alumyan məhkəmə iddiası irəli sürərək, şərəf və ləyaqətin qorunmasını tələb edərək, Nikol Paşinyanı ictimaiyyətdən üzr istəməyə çağırıb. Qeyd edək ki, iddia ərizəsində vəkil xüsusilə, şübhəli Nikol Vovaeviç Paşinyanın aşağıdakı ifadəsinə görə ictimaiyyətdən üzr istəməsini tələb edib: “Deyirlər, o toxunulmazdır. Toxunulmazdır nə deməkdir? Daha doğrusu insanların qətlini təşkil edib sonra da “mən toxunulmazam” demək olarmı? Bu harda yazılıb?”
Məlumatda o da qeyd olunur ki, məhkəmə iclasına hakim Lilit Sarkisyan sədrlik edəcək. Həmçinin, qeyd edilir ki, məhkəmə iclası Kanaker inzibati rayon məhkəməsinin ümumi məhkəmə icraatında keçiriləcəkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə