“Sorosçuların təlaşı yalnız Nikol Paşinyanın reytinqi ilə bağlı deyil” "İRATES"

Ermənistanin “İrates” qəzetinin yazdığına görə, hakimiyyətin sorosçu sektoru üçün ölüm-qalım məsələlərindən biri keçid dövrü yaşayan məhkəmələri ələ almaq və öz adamlarını ədliyyə naziri postuna təyin etdirməkdir. SİA xəbər verir ki, erməni nəşrinə görə, bu sektorda ümidvardırlar ki, icra və qanunverici hakimiyyətdən daha çox məhkəmə hakimiyyətini özünə tabe etdirmək mühümdür. “Belə ki, məhkəmə hakimiyyəti “inqilabi” nailiyyətləri ratifikasiya etməlidir”, erməni nəşri yazır.

“Sorosçuların təlaşı yalnız Nikol Paşinyanın reytinqinin sürətlə aşağı düşməsi ilə bağlı deyil, eyni zamanda Soros ofisinin VETO tərəfindən mütəmadi şəkildə bloklanmasıdır. Hakimiyyətin sorosçu sektoru narahatdır ki, bu kimi etiraz aksiyaları nəticəsində onlar yalnız kadr məsələsində deyil, həm də digər bir çox məsələlərdə uduza bilərlər”.

Xatırladaq ki, Ermənistanda müxalif siyasi-ictimaiyyət nümayəndələri Nikol Paşinyanın hakimiyyəti ələ almasını, küçə yürüşləri və inqilab etməsini Soros fondu ilə əlaqələndirirlər. O cümlədən, baş nazirin özünün və yaxın ətrafının hakimiyyətin sorosçu sektoruna bağlılığı, təlimatların alındığı iddia olunur.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə