"Xalq bir daha dövlət qurmaq istedadını nümayiş etdirdi" ÖZƏL-MÜNASİBƏT

“28 May Respublika Günü Azərbaycan dövlətçilik tarixində Azərbaycanın Xalq Cümhuriyyətinin yaranması ilə əlamətdardır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, bütövlükdə Azərbaycanın dövlətçilik tarixinin 5 min ildən çox yaşı var: “Ancaq Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bu dövlətçilik tarixi silsiləmizdə mühüm bir həlqədir. Çünki XX əsrin sonu, XXI əsrin əvvəllərində xalqlar yeni tipli müasir dövlət qurmağı bacardılar. Beləcə Azərbaycan xalqı öz dövlətçilik şüuruna, öz dövlətçilik yaddaşına söykənərək XX əsrin əvvəllərində müasir dövlət qurmağı bacardı və bir daha dövlət qurmaq istedadını nümayiş etdirdi. AXC özündən əvvəlki dövlətçilik tariximizin xülasəsi olmaqla bərabər həm də özündən sonrakı dövlətçilik ənənələrimizin və bugünkü müstəqil Azərbaycanın dövlət kimi formalaşmasında mühüm rol oynadı. Əgər AXC olmasaydı, ondan sonrakı mərhələdə SSRİ qurularkən Azərbaycanın müttəffiq respublikalardan biri kimi İttifaqa daxil olunması məsələsi də müəmmalı görünə bilərdi və s”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə