Gənclər günümüzün aparıcı qüvvəsi kimi formalaşıb

YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdən öncə, qonaqlar gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Konfransı giriş sözü açıq elan edən YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: «Müasir Azərbaycan gəncliyi, müstəqil dövlətin gəncləri olaraq, özlərini cəmiyyətin fəal təbəqəsi kimi təsdiqləyiblər. Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini, birmənalı şəkildə, dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətlərindəndir».
Hesabat məruzəsi ilə çıxış edən rayon təşkilatının gənclər birliyinin sədr müavini Qönçə Ağazadə, gənc fəallar Ülvü Şamilov, Sevinc Novruzova, Mehman Cəfərov və Gülşən İldırımlı hesabat dövründə rayon təşkilatının sosial bazasının daha da genişləndiyini qeyd ediblər. Onlar razılıq hissi ilə bildiriblər ki, rayonda böyük işlər görülmüş, insanlara diqqət və qayğı artırılmış, onların sosial problemlərinin həlli istiqamətində ciddi dönüş yaradılmışdır.
Konfransda çıxış edən Milli Məclisin deputatları Novruzəli Aslanov, Sabir Hacıyev, Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Kamal Abdulla, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və İsmayıllı rayon icra hakimiyyətinin başçısı, YAP İsmayıllı rayon təşkilatının şura üzvü Mirdaməd Sadıqov qeyd ediblər ki, Azərbaycan gəncləri günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.
Konfransda YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olunub.
Konfransda təşkilatı məsələlərə baxılmış və YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin 17 nəfərdən ibarət şurası və 9 nəfərdən ibarət idarə heyəti üzvlərinin tərkibini müəyyənləşdirilib. Ariz Həsənov səsvermə yolu ilə YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin sədri vəzifəsinə seçilib. YAP Gənclər Birliyinin növbəti konfransına 2 nəfər nümayəndə seçilib.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin konfrans iştirakçıları adından müraciət qəbul edilib.
Tədbirin sonunda partiya sıralarına daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə