Geci gedib, tezi qalıb – cavab verəcəklər! TƏRS BAXIŞ+FOTOLAR

Yaxud, erməniyə dayı, əmi, hətta ata deyənlər haqqında...

“Avropa təfəkkürü”, yaxud “insan haqları” fonunda açıq-aşkar erməniyə nəinki dayı, əmi, hətta ata deyə müraciət edən sosial bəla yığnağının son vaxtlar Azərbaycan dövlətinin milli maraqları əleyhinə sürət götürmələri heç də əbəs, yaxud təsadüfi məsələ deyil. Ona görə əbəs və təsadüfi deyil ki, son vaxtlar ölkəmizlə bağlı cərəyan edən müsbət hadisələr birbaşa onların dayılarını, əmilərini, atalarını ciddi şəkildə narahat edir, əndişələndirir. Nəticədə isə, verilən təlimatlar, sifarişlər, əmərlər anti-Azərbaycan xarakterli statuslarda yer alır. Bənzər və mahiyyətcə eynilik təşkil edən statusların sahiblərinin kim olduqlarını isə bir daha xatırlatmağın yeri var. Xədicə İsmayıl, Günel Mövlüd, Gültəkin Hacıbəyli və s...

Mövzunun tam məğzinə keçməmişdən öncə, bir neçə detala nəzər salmağı məqsədəuyğun hesab etdim. Hələ 2016-cı ili şanlı Aprel zəfərindən sonra Ermənistanın o zamankı rəhbərliyi ölkə mediasında aldıqları ağır, sarsıdıcı məğlubiyyətlərini ciddi-cəhdlə gizlətməyə çalışırdılar. Hətta yalanlarını o dərəcədə şişirdirdilər ki, demə Azərbaycan Ordusu qələbə qazanmayıb, əksinə məğlub olaraq geri çəkilib və s. Belə bir həssas məqamda AXCP sədri Əli Kərimlinin sosial şəbəkədəki statusu dərhal Ermənistanın sayt və portallarının yazılı nəşrlərinin maneşetlərini bəzədi. Təqdim etdiyimiz fotoda həmin statusu açıq-aydın görə bilərsiniz. Bu, birbaşa dövlət maraqlarına qarşı satqınçılığın, xəyanətin və düşmənə işləməyin bariz göstəricisi, sübutudur. Təəssüf ki, bu gün də eyni mövqedən çıxış edən Ə.Kərimli hələ də erməni dəyirmanına su tökməklə məşğul olmaqdadır və o bu məsələdə tək deyildir!

Azərbaycanın şanlı Silahlı Qüvvələri Qarabağın azadlığını, torpaqlarımızın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün müvafiq addımlarını atarsa, Xədicə İsmayıl haray-şivən qaldıracaq ki, Qarabağda ermənilərin “haqları pozulur”

Bir neçə gün öncə, özünü gah “araşdırmaçı jurnsalist” gah da “hüquq müdafiəçisi” adlandıran Xədicə İsmayılın Facebook-dakı statusu insanlarımızın hiddətinə səbəb olmuşdu. Hətta SİA və “SƏS” qəzeti olaraq, “Tərs baxış” rubrikasında “Siyasi ləçərliyin bir adı var – Xədicə İsmayıl!” başlıqlı sərt tənqidi yazı ilə çıxış da etmiş, Macarıstanda Dövlət Bayrağımızı təhqir edən erməni zabitinə layiq olduğu cəzasını yerindəcə (!) verən qəhrəman zabitimizə qara yaxan, onu “qatil”, “biabırçı cinayət törədən şəxs” adlandıran X.İsmayılın bilavasitə erməni sifarişinə xidmət göstərdiyini sübuta yetirmişdik. Bütün hallarda, Azərbaycan Ordusunun adına ləkə salmağa çalışan bu üsnür hətta o qədər həyasızlığa varıb ki, Qarabağ münaqişəsinin ölkəmiz tərəfindən guya ki, qədsən uzadılmasını iddia edib. Halbuki, bu məsələdə işğalçı Ermənistanın və təcavüzkar ölkənin keçmiş və hazırkı rəhbərliyi əsas təqsirkarlardırlar, dünya birliyi də həmin reallığı bəyan edir. Sabah isə, Azərbaycanın şanlı Silahlı Qüvvələri Qarabağın azadlığını, torpaqlarımızın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün müvafiq addımlarını atarsa, həmin bu X.İsmayıl dərhal tumanını başına çəkərək, haray-şivən qaldıracaq ki, Qarabağda ermənilərin “haqları pozulur” və s.

Bu arada bir daha təkrar etməyin yeri var ki, martın 8-də “Qadına şiddətə yox” şüarı ilə “Azad qadın” heykəlinin qarşısında icazəsiz piket keçirib, saç-başlarını yolan X.İsmayılın və özükimilərinin yanında dayanan əsas fiqurlardan biri də şücaəti dünyanın dilində əzbər olmuş şəhid Milli Qəhrəmanımız Mübariz İbrahimovu “qatil” adlandıran Nərmin Şahmarzadə olub. Bu faktın özü artıq bu murdar, qadınlıqdan kənar məxluqların haraya, necə və neçəyə satıldıqlarını sübuta yetirir.

Ya onların millətlərinin mənsubiyyətləri bəlli deyil, ya da erməni qanı daşıdıqlarını bu kimi davranışları ilə isbatlayırlar

Belələrindən daha birisi, uzun illər yalnız seks ab-havası ilə yaşayan, fahişəliyi normal fəaliyyət kimi qəbul edən, üstəlik idbar intim fotoları ilə azərbaycanlı xanıma xas olmayan fotolarını sosial şəbəkələrdə paylaşan, izafi pornoqrafiya xarakterli yazıları ilə özünü anderqraund mətbuatının “şedevri” hesab edən, bakirəliyini isə qaşıq vasitəsi ilə özü tərəfindən pozulduğunu deyən Günel Mövlüddur. Xatırladım ki, G.Mövlud hələ Gürcüstanda yaşayarkən, onun erməni rəfiqəsi var idi və onunla şübhəli görünən səmimi münasibətləri barədə çoxsayı faktlar yazılıb, ictimailəşdirilmişdi. Eynmi zamanda, Meydan TV ilə də əlaqəsi olan G.Mövlud bu barədə belə bir ifadəsi ilə də yadda qalmışdı. Bu gün Norveçdə yaşayan adıçəkilən ünsürün həmin məsələ ilə bağlı fikirlərini xatırlayaq. SİTAT: “Ümumiyyətlə, MeydanTV-də erməni dostu olmayana pis baxırlar. Bir işçimiz vardı, erməni dostu yox idi. Yığışdıq, işdən çıxartdıq. İşə qəbul edəndə, anketdə sorğu olur: erməni dostunuz varmı? Varsa, tez işə götürürük. Hətta yaxınlarda qayda tətbiq olunacaq, subay əməkdaşlar erməni ilə ailə qurmalıdır. Evlilərin də məsələsinə baxılacaq. Erməni - vəlinemətimizdir” – mənbə: https://azadqadin.az/heyatterzi/maraqlidir/38198-gunel-mvlud-ermeni-refiqesini-vesf-etdi-sosial-shebeke-qaynadi.html

Bu qadınlıqdan uzaq məxluqun Mübarizimizə qarşı dil uzatması, onu və Ramil Səfərovu “cinayətkar” adlandırması artıq bütün əndazələri aşıb! Belələrinin hələ də özlərini azərbaycanlı adlandırmaları isə böyük təəssüf doğurur. Ən azından ya onların millətlərinin mənsubiyyətləri bəlli deyil, ya da erməni qanı daşıdıqlarını bu kimi davranışları ilə isbatlayırlar.

Sonda isə fakt budur ki, zamanı çatacaq və bu məxluqlar xalqımızın qarşısında cavab vermək məcburiyyətindən yaxa qurtara bilməyəcəklər. Hətta cavab vermək vaxtında elə də çox zaman qalmayıb. Necə deyərlər, geci gedib, tezi qalıb...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə