YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin VI hesabat seçki konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı Gənclər Birliyinin VI hesabat seçki konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransı giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov açaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə gənclərə göstərilən qayğıdan danışıb.

Çıxışında vurğulayıb ki, Azərbaycan gəncliyi dünyanın ən xöşbəxt gəncləridir. Çünki bu gün Azərbaycanın yüksək savadlı və intelektli gəncləri Avropanın, ABŞ-ın ən mötəbər Universitetlərində ali təhsil almaqla, müstəqil dövlətimizi, onun gəncliyini ləyaqətlə təmsil edirlər.

Sonra YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin İmaməliyev hesabat məruzəsi ilə çıxış edib.

Hesabatdan sonra 13 nəfərdən ibarət şura üzvləri və 9 nəfərdən ibarət idarə heyəti seçilib.

Sonra gizli səsvermə yolu ilə İmaməliyev Elvin Elsevər oğlu YAP Ağstafa rayon təşkilatının Gənclər Birliyinin sədri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə