Artak Zeynalyan vəzifəsi ilə vidalaşır

İyun ayında Ermənistan hakimiyyətinin tərkibində gözlənilən köklü dəyişikliklər ədliyyə nazirliyindən də yan keçməyəcək. SİA Ermənistana məxsus aysor.am saytında “Jamanak” qəzetində dərc olunan informasiyaya əsasən yayımlanan məlumata istinadən xəbər verir ki, nazir Artak Zeynalyan da vəzifəsi ilə vidalaşır.

Qəzet yazır ki, Baş nazir Nikol Paşinyan, Zeynalyanın məhkəmələrin nəzarətini ələ ala bilmədiyi faktına görə ondan qəzəblidir. Doğrudur, məhkəmə sistemi Ədliyyə Nazirliyinə tabe deyil, lakin, bununla yanaşı qeyd etmək yerinə düşərdi ki, əvvəlki hakimiyyətlər dövründə hakimlər icra hakimiyyəti orqanlarının qərarlarını itaətkarlıqla icra edirdi, baxmayaraq ki, bu Ədliyyə Nazirliyin fəaliyyəti daxilində deyildi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə