"Azərbaycan dünyada sabitlik adası kimi tanınır" Baş nazirin müavini

"Bu gün Azərbaycan dünyada iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdəndir. Əhalinin sosial rifahinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb". SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov 28 May - Respublika günü münasibəti ilə keçirilən çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə Azərbaycanın gələcəkdə müstəqillik qazanması üçün baza meydana gəlmiş olub: "Azərbaycan Respublikası AXC-nin varisidir. AXC qurucuları bu gün sağ olsaydılar bugünkü müstəqil Azərbaycanla fəxr edərdilər".

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın diplomatik sferada nailiyyətləri qürur duymaq üçün kifayət qədər əsas verir: "Dövlətimiz digər xarici ölkələrdə uğurlu diplomatik əlaqələr qurub. Azərbaycandakı təhlükəsizlik və əmin-amanlıq xüsusi vurğulanmalıdır. Bunu xalqımız da görür. Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Azərbaycan Heydər Əliyev ideyaları əsasında daha da güclənir, ölkəmiz günü-gündən inkişaf edir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə