Ermənistan televiziyası gərgin və anlaşılmaz vəziyyətdədir

Ermənistanın ictimai televiziyasında olduqca gərgin və anlaşılmaz vəziyyət yaranıb. SİA xəbər verir ki, bu barədə “Past” qəzeti öz qaynaqlarına istinadən yazır. Qəzet yazır ki, icraçı direktor Marqarita Qriqoryan prinsipial şəkildə Ermənistanın İctimai Televiziya və Radio Şurasına tabe olmaqdan imtina edir. Qriqoryan Şuranın sədri Ara Şirinyanı və ya onun məsləhətçisi Tiqran Paskeviçyanı hesaba almır.

Sözügedən qəzetin yazdığına görə, Qriqoryan təsdiq edir ki, onun baş nazir Nikol Paşinyan və həyat yoldaşı Anna Hakobyanla heç bir problemi yoxdur və buna görə də müstəqil qərar qəbul edə bilər. Halbuki, qanunvericiliyə əsasən Ermənistan İctimai Televiziya və Radio Şurası ictimai televiziyanın idarəetmə orqanıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə