Tereza Mey rəqsləri və qeyri-adi davranışları ilə yadda qaldı

İngiltərə Baş naziri Tereza Mey istefası barədə açıqlayıb. SİA qazeta.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, 7 İyun tarixində, xanım Mey Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən və iyul ayından etibarən isə hökumət başçısı vəzifəsindən uzaqlaşacaq. Baş nazir vəzifəsinə o 2016-cı il 13 iyul tarixində təyin olunan Tereza Mey Böyük Britaniyanın ən parlaq nümayəndələrindən biri olmasına baxmayaraq, nəticədə uğursuz liderlərindən biri kimi tanınıb.

Sözügedən qəzet yazır ki, Tereza Mey lap əvvəldən də digər siyasətçilər arasında fərqlənirdi. O, ölkənin ən dəbli dövlət başçısı hesab olunur. Müşahidəçilər onun yalnız qərarlarını və bəyanatlarını müzakirə etmirdilər. Xanım Meyin dəbdəbəli seçimləri – ekstrovaqant ayaqqabıları, kostyumları, cəlbedici bahalı dəri şalvarları və zinət əşyaları müzakirə mövzusuna çevrilirdi. Məsələ burasındadır ki, bir müddətdən sonra Teresa Mayın tərzi ictimai marağı cəlb etmirdi, onun komik qeyri-adi davranışları və külməli rəqsləri gülüş doğururdu.

Özünün baş nazir vəzifəsinin son dövründə Tereza Mey kütləvi informasiya vasitələrinin, AB rəsmilərinin, parlament üzvlərinin, sosial şəbəkə istifadəçilərinin gülüş obyektinə və hədəfinə çevrilir. Qazeta.ru xanım Meyinən unudulmaz qeyri-adi davranışlarının şəkillərini də yayımlayır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə