Əli Orucov: “İdman, musiqi kimi sahələr xalqlar və millətlər arasında birləşdirici faktor olmalıdır ” RƏY-ÖZƏL

“İdman, musiqi kimi sahələr xalqlar və millətlər arasında birləşdirici faktor olmalıdır. Hər iki sahə siyasiləşdirilməməlidir”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib. Onun sözlərinə görə, çox təəssüflər olsun Azərbaycanda keçir Avrovizion mahnı yarışması öncəsi də eyni dəst-xətti gördük: “İndi də UEFA Avroloqanın Bakıda keçirilən final yarışması ərəfəsində də kimlərsə tədbirə kölgə salmağa cəhd göstərir. Lakin inanmıram ki, bu tip cəhdlərlə yüksək səviyyəli turnirin keçirilməsinə əngəl törədilsin. 2022-ci ildə dünyanın ən qeyri-demokratik ölkələri dən biri, mütləq monarxiyalı Qətər futbol üzrə dünya çempionatlığına ev sahibliyi edəcək. Nə əcəb, həmin beynəlxalq təşkilatlar planetin ən böyük və ən çox izlənilən bu yarışının bu ölkədə keçiriləcəyinə irad və etirazlar bildirmirlər? Erməni işğalından, təcavüzündən canını güclə qurtaran 1 milyon insanımızın da təbii və beynəlxalq qanunlarla qorunan hüquqları da var. Burda da susqunluq nümayiş edilməməlidir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə