Tapdıq Abbas: “Aministy İnternationalın hesabatı Azərbaycana olan düşmənçilik münasibətin tərkib hissəsidir RƏY-ÖZƏL

“Aministy İnternational təşkilatının mayın 29-da Bakıda keçiriləcək "Arsenal"-"Çelsi" komandalarının UEFA Avropa Liqasının kuboku uğrunda final yarışının Azərbaycanda keçirilməsini tənqid etməsi, eyni zamanda ölkəmizdə insan haqlarının pozulmasını gündəmə gətirməsi düşmənçilik məqsədilə Azərbaycana qarşı törədilən və silsilə şəkilində həyata keçirilən, məzmunu yalan, böhtan və qərəzdən ibarət olan əks-təbliğat kampaniyasının tərkib hissəsi hesab edirəm”. Bunu SİA-ya açıqlamasında Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib. Onun sözlərinə görə, Amnisty international təşkilatının tənqidi bir neçə gün öncə yayılan Böyük Britaniya XİN-in Bakıya İngiltərədən futbol oyununu izləməyə gələcək futbol həvəskarlarına verdiyi qərəzli tövsiyənin davamı kimi qiymətləndirirəm: “Biz Azərbaycana qarşı edilən belə düşmənçilik hərəkətləri ilə ilk dəfə qarşılaşmırıq. Bu cür düşmənçilik hallarını "Avrovijin" mahnı müsabiqəsinin, o cümlədən 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirildiyi ərəfədə də müşahidə etmişik və ölkəmizə qarşı bu cür düşmənçilik hallarının baş verməsinə artıq vərdiş etmişik. Baş verənlərin mahiyyətinin xalqımıza qarşı olan istəyin təzahürü olduğunu düşünmürük, necə deyərlər, düşmən ölkəmizə qarşı düşmənçiliyini edir, biz isə işimizə davam edib, UEFA kubokunun final oyununun da uğurla keçməsini təmin edəcəyik. Əminəm ki, Qərbdən gələn bu cür təhdidlər ölkəmizdə hökm sürən sabitliyin, əmin-amanlığın, vətəndaş həmrəyliyinin pozulmasına deyil, daha da möhkəmlənməsinə xidmət edəcək!”

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə