Anna Akopyanın azərbaycanlı jurnalistə məntiqsiz cavabı

Baş nazir Nikol Paşinyanın aravadı Anna Akopyan Alma-Atada Avrasiya media forumu çərçivəsində azərbaycanlı jurnalistin sualını cavablandırmağa çalışıb. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus lragir.am saytında da məlumat yayımlanıb.

Məlumatda deyilir ki, azərbaycanlı jurnalistin, “əgər baş nazirin oğlu Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində xidmət edirsə, hansı etibarlılıq atmosferindən söhbət gedə bilər”, sualına A.Akopyan, “müharibə qurtarmayıb və bu səbəbdən mənim oğlum Qarabağda xidmət edir” cavabı verib.

Saytın məlumatından da göründüyü kimi baş nazirin həyat yoldaşının cavabı tamamilə məntiqsiz və yersiz olmaqla, suala uyğun cavab deyil. Azərbaycanlı jurnalistin sualının hansı kontekstdə olduğunu A.Akopyan yaxşı bilsə də suala tamamilə uyğunsuz cavab verib.

Sözügedən saytda o da xəbər verilir ki, baş nazirin həyat yoldaşı tərəfləri bir-birinə etibar etməyə dəvət edib və münaqişənin həllinin müharibə deyil, danışıqlar yolu ilə nizamlanmasına çağırıb. A.Akopyan 2016-cı ildə aprel döyüşlərində yüzlərlə erməni döyüşçüsünün öz həyatını itirməsini etiraf edib və bu hadisənin bir daha təkrarlanmasına yol verilməməsini təklif edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə