"Ermənistan gərək 100 milyon dollar dilənsin" ÖZƏL-MÖVQE

“Haylarla havadarlarının Avropa Liqasının Bakıda keçiriləcək oyunu ilə bağlı qaldırdıqları səs-küyün səbəblərindən biri də ola bilsin ki, Ermənistanın Milii Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanın dünən baş nazir Paşinyanın keçirdiyi toplantıda dediyi məsələdir”. Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib.

“Vanetsyan o toplantıda İrəvanın iki stadionundan heç birinin beynəlxalq yarışlar keçirməyə yaramadığını və o üzdən də UEFA-nın orada bu qəbildən olan yarışların keçirilməsinə qadağa qoya biləcəyini açıqlayıb. O da bəlli olub ki, orada yeni stadion tikintisi üçün 100 milyon dollar gərəkir, onu isə tapmağın ancaq bir yolu var-kimdənsə dilənmək. Görünür haylar Bakıda keçirilən beynəlxalq tədbirləri həm də o səbəbdən gözdən salmağa, ətrafında qalmaqal yaratmağa çalışırlar ki, özlərində bu alınmır.

Yeri gəlmişkən, Vanetsyanın təkcə Ermənistanın Milii Təhlükəsizlik Xidmətinin deyil, eyni zamanda Futbol Federasiyasının da rəhbəri olduğunu nəzərə alsaq, Henrix Mxitaryanın agentliyi və Avropa liqasının final oyunu öncəsi onun tövsiyyələrinə uyğun davrandığı da istisna edilmir”-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə