Deputatların könlündən mitinq təşkil etmək keçir. SİA Ermənistana məxsus aysor.am saytının “Jamanak” qəzetində dərc olunan yazıya əsasən yaydığı məlumata istinadən xəbər verir ki, “Mənim addımım” partiyasından olan deputatlar yaxın zamanda mitinq təşkil edəcəklərini təsdiq edirlər. Eyni zamanda sözügedən partiyanın deputatları etiraf edirlər ki, mitinqi təşkil etməkdə yeganə məqsədləri mövcud hakimiyyətə cəmiyyətin dəstəyinin olduğunu nümayiş etdirməkdir və buna ehtiyac duyurlar.

Qəzetin yazdığına görə, belə bir mitinqə ehtiyac baş nazir Nikol Paşinyanın məhkəmələrin qarşısını blokadaya almaq çağırışından sonra hər məhkəmə binasının qarşısına cəmisi 20-30 nəfərin yığışmasından və baş nazirin cəmiyyət arasında etibarının, reytinqinin düşməsi fikrinin formalaşmasından yaranıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə