"Bu gün beynəlxalq hüquq normaları işləmir" Sədrin birinci müavini

“Azərbaycan həmişə beynəlxalq hüquq və prinsiplərin tərəfindədir. Təəssüf ki, bu gün beynəlxalq hüquq normaları işləmir. Kimin gücü var onların tərəfində olurlar”. SİA-nın verdiyi məlumata görə, bunu “Azərbaycanda təhlükəsizlik sistemi: Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu hələ də Dağlıq Qarabağ münaqişəsini həll edə bilmir: “Bizə deyirlər ki, bu məsələni həll etmək üçün mexanizmləri yoxdur. Sonra da deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Bəs Azərbaycan nə etməlidir? Azərbaycan güclənir və bundan sonra da güclənəck. Nə qədər ki, Azərbaycan inkişaf edir və güclənir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli bir o qədər yaxınlaşır. Azərbaycana qarşı “çirkab maşını” böyük təbliğat aparır. Gənclər hüquqi, tarixi cəhətdən ayıq olmalıdır. Çünki ermənilərin havadarları güclüdür”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə