Ermənistan hakimiyyətini Soros idarə edir

Adekvad ictimai təşkilatının üzvləri Ermənistanda ədalət məhkəməsinin keçid dövrü barədə dinləmələrə görə etiraz aksiyası keçirir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, etiraz aksiyası hal-hazırda davam edir.

“Ədalət məhkəməsinin keçid dövrü ifadəsi Soros fonduna məxsusdur. Ədalət məhkəməsinin keçid dövrü beynəlxalq təşkilatının eksperti Ruben Karanza dinləmələrdə həm iştirak edir, həm də çıxış edir. Ötən il Soros fondunun direktoru Larisa Minasyanın dəvəti ilə o, Nikol Paşinyanla görüşüb, lakin bu fakt hökumət tərəfindən gizlədilib”, -deyə “Aekvad” təşkilatının üzvü Harek Malyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətini Soros idarə edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə