Orbelyan Paşinyanı məhkəməyə verib

Dünya şöhrətli dirijor Konstantin Orbelyan Ermənistanın baş naziri Nikol Pashinyana və mədəniyyət nazirinin vəzifəsini icra edən Nazeni Qaribyana qarşı iddia qaldırıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, dirijor Konstantin Orbelyan baş nazirin 2019-cu il 14 yanvar tarixli, "Nazeni Qəribyana Mədəniyyət Naziri vəzifələrinin müvəqqəti təyin edilməsi haqqında" qərarının, habelə Nazeni Qaribyanın 2019-cu il martın 3-də Konstantin Orbelyanın səlahiyyətlərinin ləğv etməsi haqqında qərarının etibarsız sayılmasını tələb edir.

Sözügedən saytın məlumatına əsasən, iş baxılması üçün İdarə Məhkəməsi hakimi Liana Akobyana göndərilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə