Bəs sən haradaydın Əli Kərimli? SİYASİ RAKURS

Yaxud, Fuad Abbasov üzərindən özünüreklam siyasəti – görünən tərəflər

Jurnalist Fuad Abbasovun Rusiyada erməni lobbisinin və diasporasının sifarişi əsasında həbs olunaraq, zorakılığa məruz qalması, o cümlədən, deportasiyası ilə bağlı verilən qərarın ardınca, istər Azərbaycanda, istərsə də, digər ölkələrdə yaşayan soydaşlarımız etiraz səslərini ucaldaraq, Vətən oğluna qarşı tətbiq edilən bu hərəkətləri pislədi, hətta qardaş Türkiyədə belə ona dəstək kampaniyalarına başladıldı. O cümlədən, minlərlə insan petisiya imzalayaraq bu məsələdə təəssübkeşliyini nümayiş etdirdi. Yeganə səsi çıxmayan tərəf isə AXCP sədri Əli Kərimli və onun ətrafı oldu. Daha doğrusu, adıçəkilən fərd yenidən klaviatura arxasına qaçaraq, F.Abbasoba qarşı tətbiq edilən zorakılığı guya (!) qınadığını yazdı və...

Xəstə təfəkkür və çürük düşüncə tərzi

Və əlbəttə ki, öz izafi idbarçılıq ənənəsinə sadiq qalaraq, F.Abbasovun başına gələnləri hakimiyyətin üzərinə yığmağa cəhd etdi. Hətta jurnalisti dövlətçilik prinsiplərinə görə həyasızcasına tənqid belə etdi. Məsələn, mən Fuad bəyi şəxsən tanımıram. Onun fəaliyyətinin incəliklərindən xəbərim yoxdur. Mümkündür ki, onun da fəaliyyətində hansısa yanlışlıqlar, tənqid edilәsi məqamlar var”, yazan qarqgüruhçu Əli burada bilavasitə F.Abbasovun Azərbaycan iqtidarına olan siyasi baxışına eyham vurub. Yəni AXCP sədrinin F.Abbasova yönəlik “fəaliyyətində hansısa yanlışlıqlar, tənqid edilәsi məqamlar var” tipli sərsəm ifadəsindən başqa hər hansı bir nəticəni çıxarmaq olmaz! Demək, Ə.Kərimli həmin münasibəti ilə bir daha sübut etdi ki, hətta ümummilli məsələlər baxımından xarici ölkələrdə, o cümlədən, Rusiyanın siyasi-şovinist dairələrində, mediasında sinəsini qabağa verib, Azərbaycanın haqq səsini ucaldan və hakimiyyətin mövqeyini dəstəkləyən kim olursa-olsun, onun düşmənidir və tənqidə məruz qalmalıdır (?!-R.N.) Budur, Kərimlinin xisləti və xəstə təfəkkürə malik çürük düşüncə tərzi!

Əli Kərimli özü-özünü belə vurur

Digər tərəfdən, AXCP sədri buraxdığı quşunu elə özü də düzəltməyə çalışıb. Guya F.Abbasovun iqtidarın mövqeyini dəstəkləməsi Ə.Kərimli üçün heç nəyi dəyişmir və o, F.Abbasovu Azərbaycanın milli maraqlarını müdafiə etməsinə görə tanıyıb və s. və i. Yaxşı, əgər sən – Ə.Kərimli F.Abbasovun atdığı addımlarının heç nəyi dəyişmədiyini deyirsənsə, bəs xeyir ola, ondan da qabaq fəaliyyətində yanlışlıqların, tənqidi məqamların olduğuna eyham vurursan? Sənə elə gəlmirmi ki, təkcə bu kimi dar düşüncən ilə əslində özün-öz sözünü vurursan Ə.Kərimli?!

Beləliklə, zatən hamının bildiyi hadisələri – F.Abbasovun Rusiya teleməkanında müxtəlif siyasi polemikalarda ermənilərin işğalçılıq siyasətinə qarşı qətiyyətli mübarizəsini, eləcə də, çeçenlərlə azərbaycanlılar arasında nifaq yaratmaq üçün işə salınan erməni məkrini ifşa etməsini yazan AXCP sədri sadəcə, Facebook-dakı statusunun necə deyərlər, “obyomlu” (böyük) görünməsi üçün dəridən-qabıqdan çıxıb. Fəqət, nə qədər dəridən-qabıqdan çıxsa belə, daxilindəki idbarçılıq şakərini gizlədə bilməyib.

Fuadın Rusiyadakı erməni diasporu ilə təkbaşına üz-üzə gəlib, işğalçılıq faktlarını sifətlərinə çırpmasında və nəticədə sifarişlə həbs olunmasında bilavasitə sənin də günahın var Əli Kərimli!

Ona görə də əlqərəzini gətirib çıxarıb Azərbaycan hakimiyyətinin üzərinə! Demə, “Azərbaycanda milli maraqlardan çıxış edən bir hakimiyyət olsaydı, o mütləq jurnalist F.Abbasovun Rusiyadakı fəaliyyətini qiymətləndirərdi və ona dəstək verərdi” və s. Bu zaman növbəti sual yaranır bu qaragüruhçu bəyciyəzə - Əli Kərimli, sənin AXC hakimiyyətin deyəsən “milli” idi axı, özü də o qədər “milli” idi ki, ölkədəki etniklərə qarşı hansı rüsvayçı oyunlardan çıxmanız barədə kifayət qədər materiallar arxivlərdə qalmaqdadır. Sənin “milli” hakimiyyətin vaxtı, liderin Elçibəy türk bayrağının Çində, Uyğurustanda dalğalanacağını bəyan etməklə, milyardlıq əhalisi olan Çin də qayıdıb “milli hökumətinə” nota vermişdi. Nəhayət (!) sənin “milli” hakimiyyətin Qarabağ torpaqlarını sata-sata ermənini az qala Gəncəyə, Yevlaxa, Beyləqana qədər gətirtmişdi!

Bu gün F.Abbasovun Rusiyadakı erməni diasporu ilə təkbaşına üz-üzə gəlib, işğalçılıq faktlarını sifətlərinə çırpmasında və nəticədə sifarişlə həbs olunmasında bilavasitə sənin də günahın var, siyasi dəyyusluğun bariz təcəssümü olan Əli Kərimli! Bilirsənmi nəyə görə? Çünki sən və sənin “milli hökumətin” satıb Qarabağımızı!

Sən və sənin kimi xədicəvarilər onu “qatil” adlandırdınız, ya da onu “qatil” adlandıranlara qarşı cınqırınızı belə çıxarmadınız!

İndi düşmüsən hökumətin üstünə ki, niyə Rusiyaya F.Abbasovun həbsi üçün imkan verdi, filan-beşməkan...Yaxud, yaxa-paça qışqırıb özünü divara dırmaşdırırsan ki, dövlət hər bir vətəndaşına sahib çıxmalıdır və s. Dövlət öz vətəndaşlarına harada olursa-olsun sahib çıxır və çıxacaq da. Mən, uzağa getməyərək, elə qəhrəman zabitimiz Ramil Səfərov reallığını ortaya qoyuram Əli Kərimli! Həmin Ramil Səfərov reallığını ki, ömürlük həbs cəzası almışdı və dövlət öz zabitinə. vətəndfaşına sahib çıxdı. Ancaq sən və sənin kimi xədicəvarilər onu “qatil” adlandırdınız, ya da onu “qatil” adlandıranlara qarşı cınqırınızı belə çıxarmadınız, niyə, hansı səbəbə görə?! Deyərmisən, deməzmisən, Ə.Kərimçli?!

İndi, həmin bu axecepeçilərin pamqıq bəyi millətə dərk keçməyə cəhd edir, F.Abbasoba qarşı zorakılığı pisləməyə çağırır. Onda Azərbaycan vətəndaşları Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında toplaşıb, etiraz səslərini ucaldanda haradaydın ay...???

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə