Ermənistan TŞ katibinin ABŞ-a uğursuz səfəri Bolton Qriqoryanı rədd edib

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfəri kifayət qədər uğursuz keçib. SİA xəbər verir ki, bu barədə ölkənin “Hraparak” qəzeti yazır. Belə ki, Qriqoryan ABŞ-da olarkən, XİN-nin inadkar fəaliyyətinə baxmayaraq, o yüksək səviyyəli görüşlər keçirə bilməyib.

Erməni nəşri yazır ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistan TŞ katibi ilə görüşdən imtina edib. Nəticədə Qriqoryan Boltonun ofisinin sıravi nümayəndəsi ilə görüşməli olub.

Qəzet onu da xatırladır ki, Bolton Yerevana səfəri zamanında da Qriqoryanla tet-a-tet görüşdən imtina etmişdi.
Qeyd olunur ki, A.Qriqoryanın ABŞ səfərinin ardınca onun Rusiyaya getmək planı var.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə