Paşinyan əleyhinə “Qarabağ” toplantısı keçirilib

Ermənistanda iş adamlarından birinin evində bu günlərdə Dağlıq Qarabağın keçmiş hərbi dairələrinin nümayəndələrinin və Ermənistanın oligarxlarının görüşü keçirilib və görüş əsnasında ölkədəki daxili siyasi vəziyyət müzakirə edilib. SİA-nın məlumatına görə bu barədə rusarminfo.ru saytı “Jamanak” qəzetinə istinadən məlumat dərc edib.

“Jamanak” qəzeti yazır ki, yığıncaq Dağlıq Qarabağın eks müdafiə naziri Samvel Karapetyan tərəfindən təşkil olunub və iştirakçılar Nikol Paşinyan hökumətini devirmək üçün hər şeyi etməyə and içiblər.
Yazıda o da qeyd olunur ki, toplantıda Ermənistanın tanınmış iş adamlarından biri, Samvel Aleksanyan da iştirak edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, əgər bəzi insanlar Dağlıq Qarabağı əks inqlab ocağına çevirməyə cəhd edərlərsə, o zaman xalq Dağlıq Qarabağı inqlab mərkəzinə edər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə