Namiq Əliyev: “Amnesty İnternational təşkilatının çıxışı istehza doğurur ” RƏY-ÖZƏL

“Amnesty İnternational təşkilatının UEFA Avropa Liqasının Bakıda keçirilməsinin əleyhinə çıxış etməsi başdan-ayağa qərəzli yanaşmadır”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, bu qurumun hansısa ölkəni demokratiya, insan hüquqları kimi məsələlərdə ittiham etməsi dünya ictimaiyyətinin savadlı kəsimində istehza doğurur: “Artıq dünyada hamı anlayır ki, insan hüquqlarının müdafiəsi adı altında, gizlənənlərin əsl niyyəti və məqsədi hədəf ölkəyə təzyiq etməkdir. Azərbaycanı istəməyən qüvvələr yaxşı başa düşürlər ki, bu final oyununu izləməyə gələn minlərlə Avropa vətəndaşı Bakıya heyran qalacaq. Buradakı sabitliyi, tolerantlığı, səmimiliyi görəndən sonra Amnesty İnternational kimi qərəzli qurumların təbliğatı heç olacaq. Digər tərəfdən, mayın 29-da Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Bütün Avropa futbolsevərlərinin diqqəti Azərbaycana yönələcək, bütün dünya KİV-ləri Azərbaycandan danışacaq, yazacaq... Təbii ki, bu da kimlərəsə xoş gəlmir”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə