Sevinc Seyidova: “Amnisty İnternational təşkilatı həmişə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib” RƏY-ÖZƏL

“Amnisty İnternational təşkilatı həmişə Azərbaycana qarşı özünün qərəzli mövqeyi ilə seçilib”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Onun sözlərinə görə, adını hüquq müdafiə təşkilatı qoysa da, ölkəmizlə bağlı aparılan qarayaxma kampaniyasında heç bir tutarlı əsası olmayan hesabatlar yaymaqla öz qərəzli mövqeyini nümayiş etdirib: “Azərbaycan UEFA Avropa Liqasının finalına hazırlaşır. Bu möhtəşəm beynəlxalq idman tədbirinə artıq sayılı günlər qalıb. Finalda iştirak edəcək komandaların adları bəlli olduqdan sonra "Arsenal" klubunun erməni əsilli oyunçusu ətrafında yaradılan səs-küy istədikləri effekti vermədi. Erməni lobbisinin bütün səylərinə baxmayaraq UEFA və dünya futbol ictimaiyyəti Azərbaycanı dəstəklədi. Dəfələrlə erməni əsilli idmançıların Bakıda keçirilən müxtəlif yarışlarda təhlükəsiz şəkildə iştirakı ilə bağlı rəsmi Bakının prinsipial mövqeyi alqışlandı. İndi isə adı rüşvətxorluqda korrupsiyada və qeyri fəaliyyət metodları ilə tanınan Amnisty İnternational təşkilatını ortaya atıblar. Bu təşkilat erməni lobbisindən aldığı rüşvətlə ölkəmiz haqqında həqiqətə uyğun olmayan ittihamlar irəli sürür. Halbuki, iddia etdiyi insan haqlarının müdafiəsi sahəsində Prezident İlham Əliyevin müvafiq fərmanı ilə başladılan məhkəmə-hüquq sistemi ilə bağlı dərin islahatlardan bir kəlmə olsun belə danışılmır. Azərbaycanın müxtəlif sahələr üzrə ən çox islahat aparan dünyadakı 10 ölkə sırasında olduğundan bir kəlmə belə bəhs edilmir. Bu islahatların hamısı Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının daha liberal dəyərlər əsasında təmininə yönəlib”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...