"Arsenalı Mxitaryan olanlar və heç olmayanlar" ÖZƏL-ŞƏRH

"Məlumunuz, gələn həftə - mayın 29-da paytaxt Bakı UEFA Avropa Liqasının “Arsenal” –“Çelsi” final oyununa ev sahibliyi edəcək. Bu barədə günlərdir yazılır amma keşkə də, futbolun özündən, komandaların necə deyərlər, statistik şansından, stadionun, ümumən Bakının bu finala hazırlığından, bir sözlə, doğrulardan, həqiqətlərdən yazılaydı; oysa, ənənəvi olaraq, bir sürü qaraguruh, qaşınmayan yerdən qan çıxarmağa, dəxli olmayan söhbətləri “dövriyyəyə gətirməy”ə, qırx qazana çalası olmağa başladı... Bu yandan da, “Arsenal”ın erməni əsilli ( -bu iki sözü bir arada işlətmək nə qədər doğrudur, qalsın bir qıraqda) oyunçusu Henrix Mxitaryan təhlükəsizlik məsələsini “əsas” gətirərək Bakıya gəlməkdən imtina etdi...". Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

QHT rəsmisi deyib ki, ən qəribi, artıq bir dəfə deyil, iki dəfə deyil, üç dəfədən də artıq baş verdiyindən astarı görünən yaramaz və yaramazlıqların öz içimizdə də züyçüləri oldu... Bir iş bir dəfə olubsa, “təsadüf”, iki dəfə olubsa, “tendensiya” deyilib, keçilə bilər, yox, artıq üçüncü dəfə təkrarlanıbsa, bu, “qanunauyğunluq”dur, demək hüququ yaranır: "İndi danışdığımız mövzuda, “qanun” və “uyğunluq” sözləri əziyyət çəksə də, “Avropa Mahnı Yarışması”, “I Avropa İdman Oyunları”, “IV İslam Həmrəylik Oyunları”, “Bakı Şoppinq Festivalı” və b. önəmli hadisələr ərəfəsində şəhərimiz, ölkəmiz və döv­lətimizin ünvanına qanunsuz-qaydasız, uyğunusz şəkildə səsləndirilən qarayaxmalar xatirimizdən hələ silinməyib. Budur, indi də, 28 may – Respublika Gününün həmən ardından futbol bayramı yaşayacaq şəhərimiz, ölkəmiz yenə (yeni) hədəfdədir...

Əlbəttə, mən belə bayram(lar) ərəfəsində yalnız yaramazlıqları qeyd etmək istəməzdim, əksinə sayğı ilə vurğulamaq istərdim ki, Azərbaycanın haqlı mövqeyini təqdir edən, qiy­mətləndirən və bizə qarşı gədəliklərə haqq qazandırmayan nüfuzlu şəxslər, qurum və qu­ruluşlar, o cümlədən media quruluşları da vard, əlbəttə! – Məsələn, ABŞ-ın Azər­bay­candakı keçmiş səfiri Mətyu Brayzədən başlayaq: “...Bu oyun Bakının necə gözəl şəhər, həmçinin yaşamaq üçün möhtəşəm bir məkan olduğunu bütün avropalılara və dünyaya nümayiş etdirmək baxımından çox gözəl bir imkandır. Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir.

Təəssüf ki, “Arsenal” klubunun erməni əsilli oyunçusu Mxitaryan təhlükəsizlik məsələsini əsas gətirərək Bakıda keçiriləcək bu oyunda iştirak etməmək barədə qərar verib. Aydındır ki, bu, onun şəxsi seçimidir. Məncə, bu oyunda iştirak etməməsi onun futboldan qazanacağı puldan məhrum olmasına səbəb olacaq. Zənnimcə, bu, ağıllı seçim deyil. Onun Bakıda yarış zamanı futbol meydançasında özünün təhlükəsizliyi ilə bağlı narahat olması üçün heç bir səbəb görmürəm.

Mən ermənilər tanıyıram ki, Azərbaycana rahat səfər ediblər. Amma bu, hər halda futbolçunun şəxsi qərarıdır. Ümid edirəm ki, bu, oyunun möhtəşəm keçməsinə, eləcə də xarici qonaqların Bakının gözəlliyindən həzz almalarına mane olmayacaq. Düşünürəm ki, həm bu oyunun, həm də Bakının gözəlliyinin nümayiş etdirilməsinin siyasətlə heç bir əlaqəsi yoxdur” (https://en.trend.az/azerbaijan/politics/3066413.html).

Gəlin başqa qaynaqlara diqqət edək:

https://m.sport24.co.za/Soccer/International/azerbaijan-mkhitaryan-can-play-in-europa-league-final-20190521

https://thecitizenng.com/azerbaijan-green-lights-mkhitaryan-for-europa-league-final/

https://amp.si.com/soccer/2019/05/21/henrikh-mkhitaryan-arsenal-out-europa-league-final-azerbaijan-armenia?__twitter_impression=true

http://www.insideworldfootball.com/2019/05/22/azerbaijan-disappointed-arsenals-stay-away-mkhitaryan-saying-safety-guaranteed/

https://metro.co.uk/2019/05/21/uefa-hit-back-arsenal-decision-leave-henrikh-mkhitaryan-europa-league-final-squad-9631732/

https://www.irishtimes.com/sport/soccer/henrikh-mkhitaryan-won-t-travel-to-europa-league-final-due-to-safety-fears-1.3899414?mode=amp

https://footballnationradio.blog/2019/05/22/henrikh-mkhitaryan-to-miss-europa-league-final/

https://life.ru/t/%D1%81%D0%BF%D0%BE%D1%80%D1%82/1217277/bol_v_baku_pochiemu_nikto_nie_khochiet_iekhat_na_final_lighi_ievropy_v_azierbaidzhan

https://www.foxsports.com.au/football/premier-league/henrikh-mkhitaryan-to-miss-europa-league-final-over-fears-for-his-safety/news-story/e99f2c5c5864598ed4a13b0230d0b7c5

https://amp.si.com/soccer/2019/05/21/henrikh-mkhitaryan-arsenal-out-europa-league-final-azerbaijan-armenia?__twitter_impression=true

https://www.thenational.ae/sport/football/henrikh-mkhitaryan-hurt-to-miss-europa-league-final-after-arsenal-confirm-he-will-not-travel-due-to-safety-concerns-1.864440

https://www.forbes.com/sites/stevemccaskill/2019/05/21/bt-sport-to-show-uefa-champions-league-final-for-free-on-youtube/#13215499423a

https://www.stuff.co.nz/sport/football/world-game/112902077/football-arsenals-henrikh-mkhitaryan-to-miss-europa-league-final-for-political-reasons

https://www.theweek.co.uk/europa-league/101350/why-everyones-talking-about-baku-uefa-europa-league-final-arsenal-mkhitaryan

https://ronaldo.com/football-news/azerbaijan-fa-disappointed-at-mkhitaryans-absence/

https://www.kicker.de/news/fussball/uefa/startseite/749781/artikel_sicherheitsbedenken_arsenal-ohne-mkhitaryan-nach-baku.html?ddt=1

https://www.marca.com/futbol/futbol-internacional/2019/05/22/5ce4365222601ddb578b4596.html

Maşallah! Dostlar, bir deyil, iki deyil, üç deyil; bir ölkə deyil, iki ölkə deyil, üç ölkə deyil... – bu qədər fərqli ünvanda Azərbaycan haqqında yazılması, danışılması özlüyündə bir uğurdur! Özü də, bu “bağlantılar”la tanışlıqdan görünür ki, mövqelərin çoxu ədalət hissi ilə yükümlüdür, bizim mövqeyimiz dürüst çatdırılb yaxud anlayışla qarşılanıb. Mxitaryan və ona siyasi azarkeşlik edənlər bir bu qədər haqlı səsin ucalacağını hesablamamışdı, bəlkə... Ümid­varam, “Arsenal”- “Çelsi” oyunundan sonra daha doğru-dürüst və daha ədalətli materiallar süsləyəcək dünya mediasını.

Ümidvaram (inanıram), qarşı günlərdə yazılacaq məqalələrdə, canlı radio, TV bağlan­tılarında da,

-Bakının son illər böyük idman yarışlarını uğurla təşkil etdiyi,

-Mxitaryanla bağlı məsələnin siyasətən şişirdildiyi,

-Azərbaycan hökümətinin Mxitaryanın iştirakı üçün səy göstərməsi (AFFA-nın Azərbaycan tərəfinin zəmanəti haqqında qəti mövqeyi; bu zəmanətin şübhə altına alınması üçün heç bir “əsas”ın olmaması),

-Final oyunu ilə bağlı təşkilatçılığın yüksək qiymətə layiq olduğu və s. tirajlanacaq.

Bilirsiz, adam var, şansı problemə çevirir, adam da var, problemi şansa çevirir. – Biz, bir futbol oyununu, final oyununu təşkil etmək öhdəliyini üzərimizə götürmüşdük, bir halda ki başqaları başqa oyunlar oynanyır, siyasəti idmana bulaşdırır, futbolu siyasətə alət edir, o zaman ritorik sual çıxır ortaya: niyə məhz Mxitaryan təhlüksəizlik problemi hiss edib? – Ona görəmi ki, onun sevimli ölkəsi, mənsub olduğu xalq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal altda saxlayır? Ona görəmi ki, Ermənistan azərbaycanlıları haqsız yerə əsir və girov saxlayır? Ona görəmi ki, yüzminlərlə azərbaycanlı öz dədə-baba yurduna dönə bilmir? Ona görəmi ki, Azərbaycanlı uşaqlar (Laçındakı, Kəlbəcərdəki, Şuşadakı...) öz doğ­ma stadionlarında futbol oynaya bilmir? Bəlkə ona görə ki, “Qarabağ” Ağdamda oyunlara çıxa bilmir; Yoxsa, ona görəmi ki, Xocalıda soyrıqıma məruz qalan günahsız körpələrin kim bilir neçəsi bugün dünya futbolunda xarüqələr yarada bilərdi, bəlkə?! – Bu suallar göydən düşməyib... Və təkararçılıq çıxmasın, Azərbaycan bunca zülüm-zillətdən sonra da, rəsmi zəmanət verirsə, bunun qədr-qiymətini bilmək lazımdır. Üstəlik, ötən illərin onlarla nümunəsi ortada varkən, belə qara-qışqırıqla kim kimi aldada bilər? – I Avropa Oyunlarında, Avropa, dünya çaplı neçə-neçə yarışmada, ayrı-ayrı mövzulara həsr olunmuş konfranslarda ermənilər Bakıda olmadımı, onların təhlükəsizliyi qorunmadımı? – Bir Mxitaryan matah oldu, eləmi? Çox gülüncdür, deyilmi? Çox..!

***

Hə, axı heç zaman bizləri unutmayan bir “vəfalı dost”umuz da var: “Amnesty İnter­national” təşkilatını deyirəm. Zalım uşaqlarının dərdi-azarı bizik, sanki. Hər nə etsək, böyründə hazirundurlar. İndi də, Avropa Liqasının finalının Bakıda keçirilməsini pisləyən təşkilat, bunu insan haqlarının durumu ilə bağlayıb.

Elə sadəlöhv deyilik ki, bu “insan haqları”nın, məsələn, Dilqəm Əsgərova, Şahbaz Quliyevə, Ermənistanın işğalçılıq siyasəti nətisəcində qaçqın və məcburi köçkün düşmüş soydaşalrımıza şamil olunduğunu düşünək. Əgər belə olsaydı, adıkeçən qurumun haqq yoluna gəldiyini deməliydik. Amma bu qurumçün haqq yol üfüqötəsindədir, qaliba...

“Amnesty İnternational” təşkilatı! – Bir köynək daha yaxından tanışaq:

Adı – korrupsiyada hallanır;

İmici – sifariş yerinə yetirəndir;

“Funksionallığı” – ayrı-ayrı maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi olmaqdır...

Bax, belə bir kirli reputasiyaya malik qurum kimisə ittiham etməyə, demokratiyadan, haqq-ədalətdən danışmağa haqqını itirməyibmi?!.

Üstəlik, bu qurum başbilənləri bəyəm, bilmir ki, idmanın (hələ-hələ futbolun!) siyasi­ləş­dirilməsi illa da yolverilməzdir!

Nə yaxşı ki artıq “cidanı çuvalda gizlətmək mümkün deyil və açıq-aydın bilinir ki:

-Mxitaryana rəsmən tam təhlikəsizlik zəmaənti verilib, onun Bakıya gəlməkdən imtinası isə idmanla bağlı olmayıb, sırf siyasi məzmunludur ( - daha dorğusu, məzmunsuzdur);

-İdman siyasətdən ayrıdır, Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununu siyasiləş­dirmək dünyanın ən populyar oyununa, bu oyunun milyonlarla azarkeşinə sayğısızlıqdır;

-Paytaxt Bakı (ümumən Azərbaycan Respublikamız) bu futbol bayramını yüksək səviyyədə keçirməyə hazır və qadirdir!

-Hər şey yaxşı olacaq; haqq edən qalib gələcək – oyunda da, harda oyun qurblarsa, orda da!

***

Sonda, tanınmış futbol bilicisi və himayəçisi Yaşar Sultanovun inidlərdə sosial şəbəkədə rast gəldiyim “status”unu oxucularla bölüşmək istərdim. Bu “status” həm yuxarıdakı fikirləri möhkəmlədir, həm də, belə bir yazı üçün yaxşı sonluq, ümumiləşdirmə sayıla bilər: “Mxitaryan mənim üçün erməni olmaqdan daha çox futbolçuydu. – Kifayət qədər peşəkar futbolçu. Bizim də bu kateqoriyadan bircə futbolçumuzun olmasını arzulayıram. Bu gün, Bakının dünya futbol mərkəzinə çevrilməsinə bir həftə qalmış, yüz milyonlarla insanın nəzər- diqqətinin Bakı Olimpiya Stadionuna yönəldiyi ərəfədə Mxitaryan futbolçu olmaqdan daha çox, erməni olmasını üstün tutdu. Bir futbolçu üçün Avropa kuboklarının final istirakçısı olmaq tarixi tituldur. Bəlkə də, bu onun karyerasında bir daha təkrarlanmayacaq amma yaranmış vəziyyətdən sui-istifadə edərək, erməniçiliyi daha üstün tutması, ələ düşən tarixi şansdan anti-Azərbaycan məqsədi üçün istifadə etməsi heyrət doğurmaya bilməz. Bax, budur erməniçilik, erməni millətçiliyi..!

Əslində, birinci dəfə deyil ki, ermənilər Bakıya gəlir. Dünya, Avropa ranqlı turnirlərdə, güləş, şahmat yarışlarında, müxtəlif regional, ictimai-siyasi tədbirlərdə ermənilər də iştirak edib. Erməni deputatlar gəlib “Torqovı”da gəzir, guya Mxitaryan gəlsə, nə bas verəsiydi ki.?! Hətta Bakının çoxsaylı “Arsenal” fanatlarından kimlərsə, bəlkə “avtoqraf” almaqdan, selfi çəkdirməkdən, jurnalistlər müsahibə almaqdan belə çəkinməzdi... – Amma yox, “tarixi şans”ı qaçırmaq olmazdı – Bakını ləkələmək, möhtəşəm final hazırlığına kölgə salmaq lazım idi... – Əsil erməni bicliyi, erməni hiyləsi, erməni xisləti ilə..!

Mxitaryan futbolçudan daha çox ermənidir".

Bax, belə...

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə