YAP Suraxanı rayon təşkilatında qanvermə aksiyası təşkil olunub
YAP Suraxanı rayon təşkilatı və 15 saylı Birləşmiş Şəhər Xəstəxanası ərazi ilk partiya təşkilatı ilə birgə təşkilatının inzibati binasında Müqəddəs Ramazan ayı münasibəti ilə «Bir damla qan həyatdır» şüarı ilə qanvermə aksiyası təşkil edilib. Qanvermə aksiyasının təşkil edilməsində əsas məqsəd anemiyalı uşaqlara yardım etməkdən ibarət olub.
Qanvermə aksiyası ilə bağlı məlumat öncədən sosial şəbəkələr vasitəsilə elan edilmiş və könüllü iştirakçı olmaq istəyənlər qeydiyyata alınmışdır. YAP Suraxanı rayon təşkilatının inzibati binasında həkim briqadası tərəfindən aksiyada iştirak edəcək şəxslərin tibbi müayinəsi aparılmış və sağlam olan şəxslər aksiyada iştirak etmişlər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...