Zelenskiyə “istefa” petisiyası TƏLƏBLƏR

Ukrayna prezidentinin rəsmi saytında yeni seçilmiş dövlət başçısı Vladimir Zelenskinin istefasına hesablanmış iki petisiya qeydə alınıb. SİA vesti.ru-ya istinadən xəbər verir ki, onlardan birində Zelenskinin ölkənin inkişafı üçün konkret iqsitqamətinin olmadığı bildirilir.

Petisiyanın müəllifi Maksum Berzuk prezidentə müraciət edərək yazır ki, o, İkrayna vətəndaşlarının çoxunun maraqlarına və baxışlarına cavab vermir. Ona görə də, konkret siyasi yolunun olmadığına görə, Zelenski istefa verməlidir. Petisiya mayın 22-də yerləşdirilib və artıq 16 mindən çox imza toplayıb.

İkinci petisiyada isə, Zelenskiyə yarım il vaxt qoyulub ki, o seçkiöncəsi vədlərini yerinə yetirsin. Bu petisiyanın müəllifi Vadim Mixalski onu ötən gün yerləşdirib və artıq 2 min imza toplayıb.

Qeyd olunur ki, prezidentin petisiyaya baxması üçün ən azı 3 ay müddətində 25 min səs toplanması lazımdır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...