Parlament Artur Vaqarşyanın namizədliyini rədd edir

Ermənistan prezidenti Armen Sarkisyan Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə hüquqşünas Artur Vaqarşyanın namizədliyini irəli sürsə də, parlamentin əksəriyyəti onun namizədliyini rədd edir və bu vəzifədə vəkil Vaqe Qriroryanı görmək istəyir. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus “Joxovurd” qəzetində məlumat dərc olunub.

Qəzet həmçinin yazır ki, dünən "Mənim addımım" partiyasının nümayəndələri Vaqarşyanla görüşündə də mənfi münasibətlərini dolayı şəkildə ifadə ediblər. Görüşdə partiyanın 88 üzvündən cəmisi 13 nəfər iştirak edib ki, heç iştirak edənlər arasında nə partiyanın lideri Lilit Makunts, nə də katibi Akop Simidyan olmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə