Paşinyan özünü qanundan üstün tutur

Məhkəmə binalarına girişə maneə törətmək, məhkəmələrin normal fəaliyyətinə mane olmaq Konstitusiyanın kobud şəkildə pozulmasıdır. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Sətir arası” layihəsinin növbəti buraxılışında Karen Bekaryan deyib.

“Bu birbaşa konstitusiya nizamını, qaydalarını devirmək deməkdir və məhkəmə sisteminə istənilən təsir cinayət əlamətlərinə, cinayət tərkibinə daxildir. Nəticə etibarı ilə, məhkəmələrin qapılarının qarşısını blokadaya almaq, normal işə maneə törətmək kimi bir bir bəyənat Konstitusiyanın kobud şəkildə pozulmasıdır", - deyə Karen Bekaryan bildirib.

Bu suallara yekun vuran analitik sonda deyib: "Strukturlar anomal bir dilemma ilə üzləşirlər. Bir tərəfdən bütün bunlar xalqın iradəsi olaraq təqdim edilir, digər tərəfdən bu, konstitusiya qaydalarının pozulmasıdır. Baş nazir özünü qanundan üstün tutur."

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...