Mütəllim Rəhimli: “Yalnız dəlilər və ölülər fikirlərini dəyişmirlər ” RƏY-ÖZƏL

“Əvvəla onu deyim ki, hər bir insanın səhvi ola bilər”. Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib. Onun sözlərinə görə, həyat davam edir və insanlarda elə bir yaradılışdır ki, onlar daimi olaraq səhvlər buraxırlar: “Burada əsas olan odur ki, insanlar etdikləri bu səhvlərini başa düşür və geri çəkilirlər. Deyildiyi kimi yalnız dəlilər və ölülər fikirlərini dəyişmirlər. Yəni digər insanlar fikirlərini dəyişirlər. Ona görə də, E.Millinin də dəyişməsi və etdiyi səhvlərinə görə, Prezident İlham Əliyevdən üzr istəməsi normal bir şeydir. Yəni əgər E.Milli öz səhvini etiraf edibsə bu zaman, ona qarşı hər hansı bir irad tutulması düzgün deyil. Doğurdan da obyektiv olaraq səhv buraxdığını izah edirsə və bundan geri çəkilirsə, bu normal bir şeydir. Buna görə, onu qınamaq olmaz. Çünki insanlar həyata baxışlarını dəyişə bilərlər. Bir sözlə, AXCP sədri Əli Kərimli E.Millinin etdiyi səhvlərinə görə, üzr istəməsini tənqid etməsi düzgün deyil. Yəni insanların fikirlərini dəyişdiyinə görə ittiham etmək olmaz”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə