İstintaq komissiyası Ermənistan Parlamentində yaradılmayacaq

Aprel müharibəsi məsələsinə dair istintaq komissiyası Parlamentdə yaradılmayacaq. SİA-nın məlumatına görə, "Qraparak" qəzeti yazır ki, aprel müharibəsi şəraitini öyrənmək üçün istintaq komissiyası Ermənistan Parlamentində yaradılmayacaq, çünki "Milli Məclisin Əsasnaməsi" nə əsasən təhlükəsizlik və müdafiə araşdırma komissiyasının səlahiyyətləri yalnız səlahiyyətli parlament komitəsi tərəfindən həyata keçirilə bilər.

Qanunvericiliyə görə deputatların ümumi sayının üçdə biri tələb olunur. Yəni, yalnız bu halda Andranik Koçaryanın rəhbərliyi altında daimi müdafiə və təhlükəsizlik məsələləri üzrə parlament komissiyası bu funksiyanı öz üzərinə götürə bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə