Bu gün jurnalistlər Ermənistanın Milli Məclisinin vitse-spikeri Alen Simonyana baş nazir Nikol Paşinyanın çağırışına 1100 adamın cavab verməsini və bütün məhkəmələrin blokadaya alınmasını xatırladıblar. SİA Ermənistana məxsus aysor.am saytında dərc olunan informasiyaya istinadən xəbər verir ki, jurnalistlərin bu xatırlatmasına cavab olaraq Simonyan, “sizin dediyiniz 1100 nəfər mənə Serj Sarkisyanın dövrünü xatırladır, hansı ki, meydana az sayda adam toplaşıb, bəyanatı verilirdi” deyə cavab verib. Vitse-spiker indi meydanlara daha çox adam toplamaq imkanının olması ilə hədə-qorxu gəlməkdən də çəkinməyib.

“İndi söhbət bütün respublikanı bürüyə bilən aksiyadan gedir. Hesab edirəm ki, Paşinyanın və “Mənim addımım” blokunun istəyi ilə Respublika meydanını doldurmağın mümkünlüyünə heç kimin şübhəsi ola bilməz. Biz xalqla əməkdaşlıq edirik və xalqı təmsil edirik”, –deyə Simonyan bildirb.

Simonyanın sözlərinə görə, fakt göz qabağında idi və bütün məhkəmələr blokadaya alınmışdı və heç biri işləmirdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...