Vladimir Solovyovun "Axşam" azğınlığı VİDEO

May ayını 20-də "Rusiya" kanalında Vladimir Solovyovun aparıcılığı ilə birbaşa yayımla efirə verilən "Axşam" verilişində heç bir çərçivəyə, jurnalist etikasına sığmayan, bütün norma və standartlardan kənar, bir az da dəqiq desək həyasızlığın şahidi olduq. Əvvəla, gəlin, bir az dəqiqləşmə aparaq, jurnalist, aparıcı kimdir, tərəfmi, hakimmi, yoxsa nə? Solovyovun timsalında Rusiyanın müxtəlif kanallarında buna oxşar hadisələr az göstərilməyib. Aparıcı hədəf seçir, lap ovçu kimi, onu tələyə (yəni verilişə) tərəf çəkir və... Sonrasını özünüz bilirsiniz. Yəni, aparıcının öz verilişinə dəvət etdiyi və istənilən mövqeyinə dəstək verməyə həmişə hazır olan "tamaşaçılar" zalı doldurur və təbii ki, aparıcının hər fikri alqışlanmaq şərti ilə və bundan sonra "qurbanlıq quzu" zala gətirilir. Bundan sonra mərəkə başlayır...

Bu dəfə də belə oldu, hədəf Ukraynanın yeni seçilmiş prezidenti Zelinski oldu. Solovyov Ukraynadan gəlmiş ekspertlərə söz versə də, onları danışmaqlarına peşman etdi. Hələ vəzifəsinə iki gün əvvəl başlamış Zelinskini faşistə bənzətdi, söydü, aşağıladı, təhqir etdi və onu NATO-ya bundan sonra da rəğbət göstərəcəyi halda zəlil günə qoyacaqları barədə hədə-qorxu gəldi.

Solovyov-Kovtun atışması isə Azərbaycan və azərbaycanlılar üçün maraq kəsb etdiyindən faktın üzərində dayanmağı lazım bildik. Bəs görəsən bu həpənd Azərbaycan haqqında nə çərənləyib? Kovtun "Qarabağ Azərbaycan torpağıdır və Azərbaycana qaytarılmalıdır" cümləsini tamamlamamış Solovyov adlı erməni tulası bütün çərçivələri aşaraq, jurnalist olduğunu unudaraq, Azərbaycan və azərbaycanlıların Rusiyaya və ruslara xoş münasibətini qulaqardına vuraraq tərbiyyəsiz və cığal mövqeyini ortaya qoydu, daha doğrusu öz şovonist içini açıb studiyaya tökdü: "Qarabağ Azərbaycanındır? Ermənistan və Paşinyan Ukraynanın bu mövqeyindən xəbərdardır? Qarabağ uğrunda mübarizə aparırsan, bəs sən bilirsənmi orada nə qədər insanın qanı tökülüb? Bu, Erməni xalqının qəhrəmanlığıdır. Arsax döyüşdü və lazım olanı əldə etdi. Bu ərazidə ermənilər həmişə olub".

Budur, Rusiyanın bəzi jurnalistlərinin iç üzü, öz səfeh fikirlərini müəllifi olduğu verilişdə sağa, sola səpələməklə düz yolda olduqlarını sübut etmək. Amma əlahəzrət fakt faktlığında qalır: "Qarabağ Azərbaycan torpağıdır! Solovyov isə erməni tulası".

Həmin verilişin görüntülərini təqdim edirik. Videonun 1:37:00 hissəsində sonraya diqqət edin:

Müəllif: Vəli Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...