Anti-Azərbaycan qüvvələri "siyasi mühacir" adı ilə sülənənləri "əyləc mexanizmi" kimi istifadə edirlər

Sevinc Osmanqızı və Əli Kərimli mənəviyatdan və əxlaqdan uzaq düşən Qərbin əlaltılarıdır

Avropada özlərini "siyasi mühacir" kimi təqdim edib, Azərbaycan dövlətinə qarşı ermənilərdən də betər düşmənçilik mövqeyi sərgiləyən şəxslərin apardığı təbliğat, ciddi nəticə əldə etmədiyinə görə, ritorikalarını dəyişməyə başlayıblar. Xüsusilə də, son günlər Qərbin anti-Azərbaycan əlaltıları olanlar çox yaxşı başa düşür ki, apardıqları söyüş ritorikası cəmiyyət tərəfindən dəstəklənmir.Azərbaycan dövlətinin və xalqının əleyhinə fəaliyyət göstərən Orduxan Teymurxan və özü kimi üç-beş nəfər siyasi əxlaqsızların təlxəklik etmələri, bir nəticə vermədikdə, sosial şəbəkələr vasitəsi ilə boyunlarına aldıqları ləyaqətsizlik, mənəviyyatsızlıq, bişərəflik öhdəliklərini erməni aşnalarına məruzə etmək məcburiyyətində qalan mağara təfəkkürlü bu ünsürlər qəpik-quruşa görə, hər cür alçalmağa belə getməklə yanaşı, gülüş hədəfinə çevrilirlər. Çünki istər erməni lobbisi, istərsə də onların Orduxan kimi təlxəkləri, yaxşı bilir və dərk edirlər ki, Azərbaycan dövləti ən yüksək və ali tribunalarda Qarabağı işğalı faktı barədə dəlil və sübutlara söykənən gerçəkləri dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu gün orduxanlar və onun kimi bişərəflik simvollarına dəstək verən Osmanqızıların təxribatçı həyat tərzləri, ermənilərin sifarişlərini yerinə yetirməklə, özlərini sözün əsl mənasında, milli xəyanətin zirvəsinə yüksəltdilər.Belə olan halda, onların özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqları yoxdur və çox qısa zamanda, S.Osmanqızı və Ə.Kərimli kimi əxlaqsız, bişərəflik simvolları, məhz Azərbaycan dövlətinin və xalqının qarşısında xəyanət və satqınçılıqlarına görə mütləq cavab verməli olacaqlar!

Sevinc Osmanqızı ilə Əli Kərimli mənəviyatdan, əxlaqdan uzaq düşən Qərbin əlaltılarıdır

Ona görə də bu hay-küylərin öz nəticəsini verməməsi isə, Ə.Kərimli və Sevinc Osmanqızı kimlərinin ciddi narahatçılığına gətirib çıxarır. Çünki bu adamlar da maraqlı idilər ki, ələ alınmış bu şəxslər daha çox söyüş söysünlər və dövlətimizin əleyhinə kəskin çıxışlar etsinlər. Brüsseldə Orduxanın keçirdiyi "tədbirdə" cəmi 3 nəfər iştirak edirdi. Çoxları başa düşür ki, səhv yolda olublar və onların apardığı üsul Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi. Ə.Kərimli və S.Osmanqızının hər hansı təbliğatının, xüsusilə də, dönə-dönə pulla tutulanları qorxudaraq, daha çox söyən izləyicilərinin sayını artırmalarını tələb etmələri də bir nəticə vermədi. Çünki xalqımız çox yaxşı başa düşür ki, əslində, istər Ə.Kərimli, istər S.Osmanqızı, istərsə də O.Teymurxan və onun kimi tiplər Azərbaycan əleyhinə fəaliyyət göstərən bir sıra qrupların, güc mərkəzlərinin casus şəbəkəsinin üzvüdürlər. Yəni o qruplar məqsədli şəkildə hər zaman Azərbaycan dövlətinin nüfuzunun korlanmasında, mühüm beynəlxalq tədbirlərin keçirildiyi binaların qarşısında, Azərbaycan rəsmilərinin iştirak etdiyi tədbirlərdə bu tip adamlardan ölkəmizin əleyhinə istifadə edirlər.

Siyavuş Novruzov: "Əli Kərimli ilə Sevinc Osmanqızı iki bülbül kimi səs-səsə verib..."

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Qərbə satılmışların Azərbaycanın uğurlarına qısqanclıqla yanaşmalarına münasibət bildirərək, vurğulayıb ki, bu satılanlar ölkədə aparılan islahatları öz adlarına çıxırlar: "Burada məqsəd hakimiyyəti bu islahatlardan çəkindirmək, ya da bu islahatları öz adlarına çıxmaqdır. Adi bir zəlzələ zamanı insanların dərdinə şərik çıxmaq əvəzinə, deyirlər ki, filan vaxt mitinq edəcəyik. Bir məqamı da qeyd edim. Hazırda uşaqpulu ilə bağlı qanunvericilik hazırlanır, deyirlər ki, gəlin mitinq edək, sizə uşaq pulu verdirəcəyik. Əli Kərimli ilə Sevinc Osmanqızı iki bülbül kimi səs-səsə verib, islahatları fərqli formada çatdırmaq istəyirlər".Millət vəkili onu da bildirib ki, Prezident xalqın maraqlarını həyata keçirir: "Atılan addımların heç biri xarici qüvvələrin təsiri ilə həyata keçirilmir. Sapı özündən olan baltaları başa düşürük. Azərbaycan dövləti Azərbaycan xalqının yanındadır. Deyirlər ki, niyə Prezident yanğında zərərçəkən insanlarla görüş keçirməyib. Prezidentin rayonda nümayəndəsi var, ilk gündə xalqla görüşdü. Əli Kərimlinin evini su basmışdı, özü getmədi, Prezident getdi, 5 min ev tikdirdi. Zaqataladakı zəlzələdə mindən çox ev tikildi. Şamaxıda, Ağsuda da evlər tikilməyə başlanıb. Məsələlərə bu cür yanaşmaları onların erməni xislətindən irəli gələn məsələdir. Biz bu islahatları, atılan addımları cəmiyyətə düzgün çatdırmalıyıq".Bax, budur müxalifətin əsl siması. Ortada qrant olanda bir-birilərini tərifləyirlər, pul qurtaranda isə söyürlər. Çünki anti-Azərbaycan qüvvələri Ə.Kərimlini, S.Osmanqızını, O.Teymurxan və bu kimi əxlaqsızları ölkəmizin inkişafına qarşı "əyləc mexanizmi" kimi istifadə edirlər.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...