Ermənilər aprel döyüşlərini araşdırmaq niyyətindədirlər

Qarabağda 2016-cı ilin aprelindəki müharibə ilə bağlı vəziyyət parlament komissiyası tərəfindən öyrəniləcək. SİA Ermənistana məxsus aysor.am saytında dərc olunan informasiyaya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Pashinyan 2016-cı ilin aprelində Qarabağ müharibəsinin şəraitini öyrənmək üçün parlament komissiyasının yaradılması zəruriliyini bildirib.

"Bizi narahat edən bir sıra suallara cavab tapmaq üçün 2016-cı il aprel müharibəsi şəraitini araşdırmaq üçün parlamentin istintaq komissiyasının yaradılması vaxtı yetişib", - deyə Paşinyan İrəvanda keçirilən görüşdə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə