İlqar Orucov: “Əli Kərimli iyrənc siyasətinin qurbanı olacaq ” RƏY-ÖZƏL

“Emin Millinin məlum bəyanatı və Prezident İlham Əliyevdən üzr istəməsi müsbət dəyərləndirilir”. Bunu SİA-ya açıqlamasında AGAAMC-nin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, yəni E. Milli səhv yolda olduğunu başa düşdü və Prezident İlham Əliyevdən üzr istəməklə konkret mövqe ortaya qoydu: “Əlbəttə ki, Ə.Kərimlinin buna münasibətində yenə də bir qısqanclıq ifadə etməsi eyni zamanda, E.Millinin konkret mövqeyini ortaya qoymasından sonra onu qorxaq və yaxud “islah olunmuş mühacir” adlandırması əlbəttə ki, Ə.Kərimlinin mahiyyətini bir daha ortaya qoyur. Adam konkret olaraq onunla olmayan, ondan fərqli mövqe ortaya qoyan istənilən adama qarşı münasibətdə bu cür qərəzlidir, aqressivdir. Əslində bütün bunların fonunda Ə.Kərimlinin gəncləri dağıdıcı müxalifət də görmək istəməsi dayanır, eyni zamanda hər zaman müxalifət daxilində mənfi tendesiyaların baş verməsini arzulayan adam olduğunu göstərir. Çünki onun ətrafında olanlar özü səviyyəli insanlardır. Avropadakı “söyüş müxalifəti”nin üzvləri vaxtı ilə Ə.Kərimlindən aldıqları saxta arayışları əsasında Avropada və başqa-başqa ölkələrdə sığınacaqlar almış ünsürlərdir. Məhz Ə.Kərimlinin təlimatı əsasında “söyüş müxalifəti”nin üzvləri ölkəmizə qarşı iyrənc mövqe sərgiləyirlər. Yəni, anormal fəaliyyətləri ilə seçilən “söyüş qrupu”nun formalaşmasında Ə.Kərimlinin müstəsna xidmətləri var. Ə.Kərimli kimsə səhv yolda olduğunu başa düşüb geri dönürsə o insana qarşı barışmazdır, o insanlara qarşı ən ağır formada ittihamlar, təhqirlər irəli sürüb və onları aşağlamağa çalışır. Əlbəttə ki, insan fikrini dəyişə bilər, səhv yolda olduğunu anlayıb doğru yola gələ bilər. Necə ki, E.Milli səhvini etiraf edərək, üzr istədi. Amma Ə.Kərimli gördüyünüz kimi bunu qəbul etməyib və onunla barışmaq istəmir. Ə.Kərimli istəyir ki, hər kəs onun kimi ağı qara görsün və onun kimi düşünsünlər. Yəni onların istəyi ölkəmizdə xoşagəlməz bir vəziyyət yaratmaq istəyi ilə bağlıdır. Müxalifətin üz qarası olan bir adam öz çirkin niyyətlərini həyata keçirsin. Amma onun ölkəmizlə bağlı planları heç vaxt baş tutmayacaqdır. Bütün bunların fonunda onu demək olar ki, əslində Azərbaycan cəmiyyəti kərimliləri dəstəkləmir. Ə.Kərimlinin E.Millini “islah olunmuş mühacir” adlandırması əslində qərəzin göstəricisidir və Ə.Kərimlinin siyasi mədəniyyətsizliyinin göstəricisidir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə